11.01.2017 [10:29] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə bu yaxınlarda daxil edilən təsadüfi tapıntılar arasında yeddi ədəd saxsı qab da var.
Muzeydən bildiriblər ki, həmin saxsı qablar 2016-cı ildə Qobustan rayonunda Qurbançı kəndinin ərazisində aparılmış kanal qazıntısı zamanı aşkarlanıb. Bunlar məişətdə istifadə olunmuş mətbəx və süfrə qablarıdır. Saxlanma vəziyyətlərinə görə dördü natamam, üçü tamdır. Tapıntılar muzeyin arxeologiya fonduna təhvil verilib.
Saxsı qabların antik dövrə, bizim eradan əvvəl IV-II əsrlərə aid olduğu ehtimal edilir. Bu təsadüfi tapıntılar Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə dulusçuluq sənətinin inkişaf səviyyəsi haqqında dolğun təsəvvür yaradır. Eyni zamanda, həmin qablar Qafqaz Albaniyası əhalisinin məişətini və bədii zövqünü əks etdirən məxəz kimi də çox dəyərlidir.

Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |