Şrift:
Rusiyalı alimdən qiymətli etiraf
02.04.2012 [15:33] - Qərbi Azərbaycan-İrəvan
“İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır”

Rusiyanın paytaxtında “31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) tərəfindən təşkil olunan tədbir ”Azərbaycanlıların soyqırımı- tarixin iki yüz ili" adı altında keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, ÜAK-ın baş katibi Mikayıl Hüseynov, Rusiyada fəaliyyət göstərən azərbaycanlı alimlər və Rusiyanın tanınmış elm adamları iştirak ediblər.

Tanınmış tarixçi alim, qafqazşünas Rudolf İvanov çıxışında bildirib ki, minlərlə qanlı cinayətlər törətmiş erməni qulduru və terrorçusu Dronun tərcümeyi-halında onun faşist SS legionunda olduğu göstərilib: “Bu erməni terroru üçün dəlil və sübutdur. Bütün rus-türk müharibələri ermənilər tərəfindən törədilib. Soyqırımlarda, təxribatlarda ermənilərin əli olub. Ermənilərin fəaliyyəti məndə uşaqlıqdan hiddət doğururdu. Onlar 200 il ərzində yaşadıqları Rusiya imperiyasına da belə zərər yetiriblər”. R. İvanov Azərbaycanda erməni təcavüzünə qarşı ideoloji mübarizə aparmaq üçün Dövlət Komitəsi yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, “Böyük Ermənistan” ideyası çirkin bir yalandır: “Ermənilər heç vaxt Roma imperiyasının tərkibində olmayıblar. Onlar hətta indiki Ermənistan ərazisində belə olmayıblar. İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır, hansı ki, ermənilər heç vaxt orada olmayıblar və hətta süni köçürülmələrdən sonra belə hər zaman azlıqda olublar”.
Bu xəbər oxucular tərəfindən 1646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed