Şrift:
Türkiyədə 129 min dövlət məmurunun FETÖ ilə əlaqəsi araşdırılır
12.01.2017 [10:17] - Hüquq
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) aid “ByLock” kompüter-əlaqə proqarmından istifadə etmiş 129 min dövlət məmuru ilə bağlı araşdırma aparılır.
Onlar FETÖ ilə əlaqə saxlamaqda və ya bu təşkilata üzv olmaqda şübhəli bilinirlər.
İnformasiyaya görə, 129 min nəfərlik siyahı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) araşdırmaları və dövlətin digər qurumlarının əldə etdikləri məlumatlara əsasən tərtib edilib.
Həmin məmurla bağlı məsələnin araşdırılması Konstitusiya Cinayətinə qarşı Mübarizə Prokurorluğuna tapşırılıb.
Qeyd edək ki, “ByLock” proqramı vasitəsi ilə FETÖ-çular öz aralarında əlaqə saxlayırmış.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed