Şrift:
"Qəbələ"nin legionerinin Xorvatiya yığmasındakı debütü uğursuz alınıb
12.01.2017 [10:18] - İdman
Qəbələ" klubun futbolçusu Filip Ozobiçin Xorvatiya yığmasının heyətində debütü uğursuz alınıb.
26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi yığma "China Cup 2017” turnirində Çili yığmasına məğlub olub.
Start heyətində meydana çıxan Ozobiç 53-cü dəqiqədə kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıb. Dörd dəqiqə sonra isə baş məşqçi Ante Çaçiç onu Xorvatiyanın "Hayduk" klubunun üzvü Fran Tudorla əvəzləyib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qaydalara əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Çili 4:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra Çili yanvarın 15-də keçiriləcək finalda İslandiya yığması ilə qarşılaşacaq. İslandiyalılar Çinlə görüşdə 2:0 hesablı qələbə qazanıb. Yanvarın 14-də keçiriləcək 3-cü yer uğrunda görüşdə isə Çin və Xorvatiya milliləri üz-üzə gələcək.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed