Şrift:
Türkiyədə dollar və avronun məzənnəsi yeni tarixi rekorda çatıb
12.01.2017 [10:21] - Gündəm, İqtisadiyyat
Türkiyədə ABŞ dollarının və avronun məzənnəsi tarixi rekord səviyyəyə yüksəlib.
Birjalarda TRY/USD məzənnəsi 3,9075, TRY/EUR məzənnəsi isə 4,1089-ə çatıb.
Məzənnənin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini sataraq xarici valyuta almağa başlayıb.
Qeyd edək ki, TCMB-nin növbəti iclası yanvarın 24-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed