Şrift:
Azərbaycan çempionu "Fənərbağça"ya böyük hesabla uduzub
12.01.2017 [10:23] - İdman
Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün növbəti oyununu keçirib.
"C" qrupunun II tur qarşılaşmasında rəqib Türkiyənin "Fənərbağça" klubu olub.
İstanbuldakı Burhan Felek Voleybol Salonunda keçirilmiş görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 3:0. "Azərreyl" yalnız ikinci setdə rəqibinə ciddi müqavimət göstərə bilib. Qalan setlər isə "Fənər"in aşkar üstünlüyü şəraitində keçib.
Bu nəticədən sonra Azərbaycan çempionu Türkiyə təmsilçisi ilə şərikli liderliyini əldən verib. "Fənər" isə xallarını 6-ya çatdıraraq, birinci pillədə möhkəmlənib.
Çempionlar Liqası, qrup mərhələsi, II tur
"C" Qrupu
20:00. "Fənərbağça" (Türkiyə) - "Azərreyl" (Azərbaycan) - 3:0 (25:12, 25:19, 25:9)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simyon Santi (İtaliya)
İstanbul. Burhan Felek Voleybol Salonu
"Azərreyl" növbəti oyununu fevralın 9-da keçirəcək. Bakıda baş tutacaq görüşdə rəqib Fransanın "Sent-Rafael" klubu olacaq.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed