Şrift:
Azərbaycanla bağlı kitablar Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına təqdim edilib
03.04.2012 [11:20] - Mədəniyyət
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşüb. Məlumata görə, görüşdǝ hǝmçinin Dubayın dövlət aparatının ictimaiyyətlǝ iş üzrə idarə rəisi Əhmǝd Əl-Zahiri və digər rəsmi şəxslər iştirak ediblər. Görüş zamanı Samir İmanov onlara ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktları və etnik təmizləmə siyasəti haqda ətraflı məlumat verib. Kitabxanaya 31 mart hadisələrindən bəhs edən ərəb və ingilis dillərində kitablar, “Azərbaycan həqiqətləri 1917-1920-ci illərdə ”, AzərTac tərəfindən 5 dildə yeni hazırlanan “ Xocalı XX əsrin soyqırımı ”, “Azərbaycan tolerantlıq məkanı ”, Erik Fayqlın ingilis dilində yazdığı “İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi” kitablarını və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu sayda sənəd, material və fotoşəkillər təqdim olunub.

“Cəmiyyət” rəhbərinin adından həmçinin martın 30-da BƏƏ Parlamentinin yeni seçilmiş sədri Məhəmməd Əhməd Əl-Mura, Dubayın şeyx aparatının ( Divanin ) baş müdiri Məhəmməd İbrahim Əl-Ṣeybaniyə, Dubayın insan hüquqları komitəsinin sədri Məhəmməd Abdullaya 31 mart soyqırımı ilǝ bağlı bəyanatlar göndərilib. Bəyanatda son 200 ildə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktları haqda ətraflı məlumat verilib və bu çirkli siyasətin nəticəsində 10 minlərlə dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi haqda ətraflı məlumat verilib. Bəyanatda o da qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyi nǝticəsində ermənilərin törətdikləri genosid və soyqırımı aktlarına hüquqi-siyasi qiymət verilib vǝ onun 1998-ci ilin martın 26-da verdiyi sərəncama əsasən hər il Azərbaycanda martın 31-i azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində rəsmən qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed