Şrift:
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı açıqlandı
12.01.2017 [14:25] - Sosial
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib. 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.

1 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq, təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed