Şrift:
“Qalatasaray” 22 yaşlı futbolçu ilə müqavilə bağlayır
12.01.2017 [14:29] - İdman
“Qalatasaray” qış fasiləsində ikinci transferini reallaşdırıb., “Cim-bom” “Gənclərbirliyi”nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib.

Klublar arasında aparılan uzun danışıqlar öz bəhrəsini verib. “Gənclərbirliyi”nin prezidenti İlhan Cavcav əvvəlcə 5 milyon avro tələb etsə də, sonda bu keçidin 2,5 milyon avroya baş tutmasına razılıq verib. Türkiyə millisinin 22 yaşlı oyunçusunun bu gün və ya sabah rəsmən “Qalatasaray”ın futbolçusu kimi təqdim olunması gözlənilir.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2011-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinib.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed