Şrift:
Azərbaycanlı hakimlərin Antalyada idarə edəcəkləri ilk 3 oyun müəyyənləşib
12.01.2017 [14:31] - İdman
Azərbaycanlı futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışı zamanı idarə edəcəkləri ilk oyunlar müəyyənləşib.
Hakimlər bu gün 3 görüşə yollanacaqlar.
FİFA referisi Rəhim Həsənov Qazaxıstan "Kayrat"ı ilə Albaniyanın "Kukesi" komandası arasındakı qarşılaşmada fit çalacaq. "Kayrat"ın baş məşqçisi əvvəllər Bakı "İnter"inə rəhbərlik etmiş Kaxaber Tsxadadzedir.
12 yanvar
"Şəmkir" (Azərbaycan) - "Kuşadası" (Türkiyə)
Hakimlər: Kərim Kərimov, Mübariz Haşımov, Yaşar Abbasov
"Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev
"Akjayık" (Qazaxıstan) - "Tirana" (Albaniya)
Hakimlər: Rauf Cabbarov, Vüqar Bayramov, Rail Ramazanov
Qeyd edək ki, hakimlərin qış hazırlığı yanvarın 25-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed