12.01.2017 [15:00] - İqtisadiyyat
zərbaycan üzərindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Rusiya-Hindistan münasibətlərində logistika problemlərinin həllinə kömək edəcək. Bunu Rusiyanın Hindistandakı Ticarət Nümayəndəliyinin rəhbəri Yaroslav Tarasyuk bildirib.
"Rusiya və Hindistanın ticarət-iqtisadi əməkdaşlığı keçid dövrünü yaşayır. Ticarət əlaqələri diversifikasiya prosesi keçir, ölkələr daim biznes idarəçiliyini sadələşdirir. Bu isə əməkdaşlıq üçün yeni imkanlar açır. Lakin hər iki ölkənin hökumətinin həll etməyə çalışdığı problemlər də var. İlk növbədə bu, logistika məsələsidir. Bunu hər iki ölkənin ixracatçıları çox yaxşı bilir. Ötən il biz Azərbaycan üzərindən nəqliyyat dəhlizini fəal şəkildə inkişaf etdirməyə başladıq. Düşünürəm ki, 2017-ci ildə bu yol üzərindən daşımaların kəskin artımını müşahidə edəcəyik", - deyə Y.Tarasyuk əlavə edib.
Y.Tarasyukun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət əlaqələrinin inkişafına mane olan problemlərin aradan qaldırılması məqsədilə Rusiya Hindistanda Ticarət Evi açmağı planlaşdırır.
Qeyd edək ki, Hindistan və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılmasına dair danışıqlar 2017-ci ildə başlayacaq. Bundan başqa, Rusiya eyni məsələyə dair İran, Misir, Sinqapurla da danışıqlar aparmağı planlaşdırır.

Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |