03.04.2012 [11:41] - Mədəniyyət
Bəxtiyar Sadıqovdan televiziyaların ünvanına sərt ittihamlar:
"Bu verilişlər gizli reklamlar hesabına kanal rəhbərlərinin cibinin doldurulmasına xidmət edir"
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Xəzər" Televiziyasını 31 mart soyqırım günündə "çal-çağır" etməkdə günahlandırıb.
"Azərbaycan" qəzetinin verdiyi məlumata görə, qəzetin bu günkü nömrəsində dərc olunmuş "Faciə və kədər günündə çal-çağır" başlıqlı yazıda Bəxtiyar Sadıqov Azərbaycan xalqının başına gələn faciələrdən danışaraq, KİV-in bu mövzularda həssas olmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, hansısa televiziyanın faciəli günlərdə əyləncə və musiqi dolu proqramlara yer verməsi yanlış və yaraşmaz addımdır:
"Azərbaycanda "Xəzər" adlı özəl televiziya kanalı var. Bu kanal da digər özəl kanalların gördüyü işlərlə məşğuldur. İlboyu şou-proqramlar verir, qalmaqallar yaradır, oxuyanları bir-birinə qarşı qoyur, gizli reklamla məşğul olur. Bütün bunlar əsasən həftədə bir neçə saat (təkrarı da daxil olmaqla) efir vaxtı ayrılan "Ay Zaur" proqramında reallaşdırılır. Milli-mənəvi dəyərlərə arxa çevrilən, xalqın mentaliteti ilə bir araya sığmayan bu proqram və onun aparıcısı etikadan kənar və açıq-saçıq sualları, şəxsi həyata müdaxiləsi ilə "məşhurdur". Faktiki olaraq ANS-in "Toy olsun"u və ATV-nin "Onun yarısı"nın başqa formaya salınmış eyni düşük və səviyyəsiz dedi-qodu verilişlərindəndir. Elə buradaca qeyd edək ki, "Toy olsun" və "Onun yarısı" ilə bağlı Facebook sosial şəbəkəsində başlanan etirazlar get-gedə artır, insanlar belə mənəviyyatsız proqramlara hiddət və qınaqlarını açıq şəkildə bildirirlər. Təbii ki, xalqımızın ailə qurmaq, toy və nişan mərasimləri keçirmək kimi adət-ənənələrinə parodiya olan bu verilişlər gizli reklamlar hesabına kanal rəhbərlərinin cibinin doldurulmasına xidmət edir".
"Ay Zaur" proqramında səviyyəsizliyin 31 mart tarxində bir daha qabardıldığını, əyləncəli yayımına davam etdiyini deyən baş redaktor vurğulayıb ki, "Ay Zaur" 362 gün oxuyanları "raskrutka etmək", "toy stavkalarını qaldırmaq", fəxri adlarının və evlərinin olmadığını "dövlətin diqqətinə" çatdırmaq və "vasitəçi" xidməti göstərməklə istədiyi qədər "qulaq kəsir", "cib doldurur":
"Gərək nə qədər həddini aşmış olasan ki, xalqın heysiyyatına toxunmaqdan çəkinmədən yüz minlərlə şəhidin xatirəsinin anıldığı gündə qondarma toy keçirib onu bütün Azərbaycana, dünyaya yayımlayasan! Başqa kanallarda məzarlıqlar, qətlə yetirilmiş insan cəsədləri göstərildiyi vaxtda sənin verilişində insanlar çalıb-çağıra, qol götürərək atılıb düşə!
Bu təkcə mənəviyyatsızlıq deyil, həm də şəhid ruhuna hörmətsizlikdir! Zaurun özü, proqramdakı müğənnilər, qonaqlar və qohumlar yallı getdikcə, qol qaldırıb süzdükcə mənə elə gəlirdi ki, onlar şəhid məzarları üzərində rəqs edirlər! "Ay Zaur" elə vacib bir şoudur ki, onu bir gün sonraya saxlamaq, 1 Aprel gülüş günündə efirə vermək mümkün olmasın?!".
Bəxtiyar Sadıqov hesab edir ki, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Yayımı Şurası "Xəzər" TV-nin Azərbaycanlıların Soyqırımı günü toy proqramının efirə çıxarılması, bununla da ölkəmizin beynəlxalq imicinə xələl gətirilməsi, minlərlə qaçqının və məcburi köçkünün ləyaqət və heysiyyatının təhqiri faktını ciddi şəkildə müzakirə edərək prinsipial qiymət verəcək.
Rüfət Əhmədzadə

Bu xəbər oxucular tərəfindən 1728 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |