12.01.2017 [15:03] - İdman
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında komandanın sabiq üzvü Ronaldo Kumana çatıb. Argentinalı hücumçu buna ölkə kubokunun 1/8 final mərhələsinin evdə "Atletik"ə 3:1 hesabı ilə qalib gəldikləri cavab görüşündə nail olub.
O, matçın 78-ci dəqiqəsində cərimə zərbəsindən ümumilikdə 26-cı qolunu vurub. Bu isə klub tarixində ən yaxşı göstəricidir. Standart vəziyyətdən vurulan qol "Barselona"ya 3:1 hesablı qələbə qazandırıb. Bu münasibətlə hollandiyalı Kuman sosial şəbəkədəki şəxsi hesabından Messini təbrik edib. O, yeni rekorda bir qolun qaldığını bildirib.
"Barselona"nın daha bir üzvü Luis Suares isə həmin görüşdə 100-cü qolunu vurub. Uruqvaylı futbolçu buna 120-ci oyununda nail olub.
Qeyd edək ki, "Barselona" bu qələbə sayəsində ilk görüşdəki 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıb və 1/4 finala yüksəlib.

Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |