Şrift:
Azərbaycanın yeni Konstitusiyası çap olundu
12.01.2017 [15:07] - Xəbərlər, Hüquq
Azərbaycan Respublikasının Konstitusiyası 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələrindən sonra yeni redaksiyada çap edilibmi?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli açıqlama verib.

Tahir Kərimli Konstitusiyasının yeni dəyişikliklərdən sonra artıq çap olunduğunu bildirib.

“Amma bu, kütləvi sahə üçün yox, xidməti sahə üçün çap olunub. Mənim özüm də dəyişikliklərdən sonra çap olunmuş Konsitutsiya ilə tanış olmuşam. Orada referendumda olan bütün dəyişikliklər öz əksini tapıb”.

Deputat yeni Konsitutsiyanın kütləvi şəkildə çap olunacağını da qeyd edib.

“Zənnimcə, yeni Konsitutsiya internetdə də yerləşdirilib. Hazırda üzərində iş getdiyinə görə, yaxın vaxtlarda yeni Konsitutsiya çap olunacaq”.



Mirmahmud KAZIMOĞLU
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed