Şrift:
Bəşər Əsəd qalib tərəfdir
03.04.2012 [12:03] - Hadisə
Amerika Təhlükəsizlik Qüvvələri səlahiyyətlisi gündəm yaradacaq açıqlamalar verib

Amerika Təmsilçilər Məclisi İstihbarat Komitəsinin rəhbəri Mayk Rogers verdiyi açıqlamada Suriya liderinin Suriya müxalifətinin tanınması üçün davam edən beynəlxalq sülh cəhdlərinə rəğmən hökuməti devirməyə çalışan müxalifətə qarşı qazanan tərəf olduğunu iddia edib.

Rogers Amerika istihbaratına istinad edərək verdiyi açıqlamada Bəşər Əsədin öz iqtidarında nəzarəti itirdiyinə dair hər hansı işarət olmadığını irəli sürərək: “Əsədin beyin komandası çox güclüdür və dağılmayıb” deyə bildirib.

Əsəd rejimi keçən həftə təhlükəsizlik qüvvələri müxaliflərin mövqelərini bombaladığı zaman müxaliflər üzərində qələbə qazandığını bildirib.
Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed