Şrift:
Deputatdan Səngəçal partlayışlarına reaksiya - ÖZƏL
12.01.2017 [15:49] - Xəbərlər, Hadisə, Özəl xəbər, Fərəc Quliyev
Səngəçal magistral qaz kəmərində ardıcıl 3 partlayışın baş verməsi terror hücumu versiyasını gündəmə gətirib. Qəzanın mümkün səbəbləri arasında terror ehtimalı istinsa edilmir.

Parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev Politika.Az-a açıqlamasında təxribat ehtimalını istisna etməyib.


Onun sözlərinə görə, Azərbaycan elə bir strateji regionda yerləşir ki, ölkəmizə qarşı belə cəhdlər olub. Deputat hesab edir ki, bundan sonra da olacağını planlaşdıranlar ortaya çıxacaq.

F.Quliyev hesab edir ki, bununla belə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər güc strukturlarımız kifayət qədər profilaktik, normal şəkildə fəaliyyət göstərirlə: “Hesab edirəm ki, düşmənlərin belə cəhdlərinin heç bir nəticəsi olmayacaq”.

Politika.Az xəbər verir ki, 2 həftə ərzində üç qəza müəyyəm müəmmalara və şübhələrə yol açır.

Çünki aylar əvvəl Səngəçal qəsəbəsində vəhhabilərin, bu qəsəbədən Suriyaya döyüşməyə getmiş adamların olduğunu yazmışdıq. Bu dəstəyə Fərəcullayev Kamil Babaqeys oğlu rəhbərlik edir. Onun sözlərinə görə, Kamil camaatı qanunsuz fəaliyyət göstərən məscid rəhbərləri - Lazım və Səyyar Əndəliyevlərə itaət etməyə çağırır.

Dəstənin üzvlərindən Səngəçalda yaşayan Mahir, Nail, adını bilmədiyimiz Çingizin oğlu, Gülmirzənin oğlu və digərləri Suriyada vuruşmağa gediblər. Deyilənə görə bunlardan Mahir ölüb, Nail isə komandir vəzifəsinə yüksəlib.

Görünür, həmin şəxslər İŞİD terror təşkilatına qoşulub. Yanğınla müşayiət olunan ilk partlayışdan 1 gün əvvəl youtube kanalında bir İŞİD ardıcılı olan azərbaycanlının videomüraciəti yerləşdirilib.

Politika.Az
Bu xəbər oxucular tərəfindən 1145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed