13.01.2017 [11:21] - İqtisadiyyat
Səudiyyə Ərəbistanı bu ilin fevral ayından etibarən Çin başda olmaqla bir sıra Cənubi Asiya ölkəsinə neft satışını azaldacağını bildirib.
Bu bölgədə yerləşən 2 böyük neftayırma zavodu indi neft təminatının 30% azaldılacağı ilə bağlı xəbərdarlıq aldıqlarını vurğulayıb.
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"dan gələn açıqlamalara görə, məcmu olaraq fevral ayında Asiya regionuna neft satışının 18% azaldılacağı gözlənilir. Bu xəbər dünya bazarında neftin qiymətinin artmasına səbəb olub.
Ötən gün ABŞ-da açıqlanan neft ehtiyatları xəbərindən sonra 53,70 dollar/barelə qədər enən "Brent" markalı neftin qiyməti hazırda 3,5% artımla 55,60 dollar/barelə satılır.
Xatırladaq ki, yanvarın 11-də ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsinin məlumatına əsasən, 31 dekabr-6 yanvar hesabat həftəsində ABŞ-ın neft ehtiyatları 4,1 mln. barel və ya 0,9% artaraq 483,1 mln. barelə çatıb. Analitiklər artımın 1,162 mln. barel olacağını proqnozlaşdırıblar. ABŞ-da gündəlik neft hasilatı da hesabat həftəsində kəskin artım göstərib. Belə ki, neft hasilatı 176 mln. barel və ya 2% artaraq 8,946 mln. barel/günə çatıb.

Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |