Şrift:
Bakıda Misir Mədəniyyət Günü keçirilib
13.01.2017 [11:22] - Mədəniyyət
Xəzər Universitetinin Dünya Məktəbində Misir Mədəniyyət günü keçirilib.
Misir Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbirin məqsədi Azərbaycandakı səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə əməkdaşlıq etmək, şagirdləri ölkələrlə daha yaxından tanış etmək olub.
Tədbirdə Misirin Azərbaycandakı səfiri Suzan Cəmil, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, İordaniyanın, Sudanın səfirləri və Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcairin və digər ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçisinin müavini Aygün Əliyeva, millət vəkili Nizami Cəfərov, Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi Hamlet İsaxanlı və digər şəxslər iştirak ediblər.
Çıxışlarda Azərbaycanla Misirin müştərək mədəni bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açılıb. Tədbirdə qədim ərəb əfsanəsi “Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən söz açılıb. Şagirdlərin ifasında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından bir parça səhnələşdirilib.
Eyni zamanda “Misir şagirdlərin gözü ilə” başlığı altında uşaqların rəsm əsərləri və inşa – yazılarından ibarət sərgi, Misir haqqında təsəvvürləri genişləndirən eksponatlardan ibarət sərgi də təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed