Şrift:
NATO təyyarəsi Kalininqrad yaxınlığında kəşfiyyat uçuşu keçirib
13.01.2017 [11:25] - Hüquq
Türkiyənin İstanbul Şəhər Məhkəməsində ötən il qoca ər-arvada silahlı hücum təşkil etmiş üç Ermənistan vətəndaşı barəsində ömürlük həbs cəzası tələb edilib.
Bu barədə "Aksam" məlumat yayıb.
Məlumatda bildirilir ki, İstanbulun Ağır Cinayətlər üzrə Yeddinci Məhkəməsində Şişli rayonunda ər-arvada qarşı həyata keçirilmiş soyğunçuluq işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə çıxış edən prokuror cinayət törətmiş 3 Ermənistan vətəndaşı - Artur Ayvazyan, Aram Ovannisyan və Sergey Mikaelyan barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası barədə hökmün çıxarılmasını istəyib. O, cinayətdə şübhəli bilinmiş digər şəxslər barəsində kifayət qədər sübutların olmamasını əsas gətirərək, onlara bəraət verilməsini istəyib.
Xatırladaq ki, 2016-cı ilin 6 fevralında naməlum şəxslər İstanbul Şişli rayonunda yaşayan yaşlı ər-arvadın evinə girərək qiymətli əşyaları və pulu oğurlayıblar. Cinayətkarlar daha sonra qoca ər-arvadın əl-qolunu bağlayaraq gizləniblər. Səksən beş yaşlı ailə başçısı asayiş keşikçilərinin hadisə yerinə gəlməsinə qədər dünyasını dəyişib. Onun həyat yoldaşı isə xilas edilib.
Bu iş üzrə 8 nəfər saxlanılıb. Onların əksəriyyəti Ermənistan vətəndaşlarıdır.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed