Şrift:
Peruda iki ton kokain müsadirə olunub
13.01.2017 [11:27] - Hüquq
Peruda iki ton kokain müsadirə edilib.
Bu barədə "RİA Novosti" yerli polisə istinadən xəbər yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadağan edilmiş yükün ixrac edilməsi planlaşdırılırmış. O, xüsusi qablarda qablaşdırılıb və təzə tərəvəzlərin otların, məhsulların istehsalıyla məşğul olan korporasiyanın ərazisində gizlədilib.
Faktla əlaqədar Perunun 5, Serbiyanın 1 vətəndaşı saxlanılıb.
Peru Prokurorluğu daha əvvəl bildirib ki, 2015-ci ildə ölkədə 44 ton müxtəlif növ narkotik müsadirə edilib. Bunun əksəriyyəti kokaindir.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed