Şrift:
Yapon tədqiqatçılar kök hüceyrələrindən nazik bağırsaq yaradıblar
13.01.2017 [11:28] - Sağlıq
Yapon tədqiqatçılar insan embrionunun kök hüceyrələrindən nazik bağırsaq yaratmağa nail olublar.

Bu uğura Yaponiya Milli Uşaq Sağlamlığı və İnkişafı Mərkəzinin direktoru Hidenori Akutsunun rəhbərlik etdiyi tədqiqatçılar qrupu imza atıb.

Alimlər üç növ xüsusi zülalı insan embrionunun kök hüceyrələrinə əlavə ediblər. Onların bildirdiyinə görə, bundan sonra 1-2 ay müddətində təqribən bir santimetr uzunluğunda nazik bağırsaq əmələ gəlib.

Tədqiqatçılar qeyd ediblər ki, bu nəticə gələcəkdə nazik bağırsağın ağır xəstəlikləri zamanı yeni müalicə üsullarının tətbiqinə imkan yaradacaq.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed