Şrift:
Daha bir şahmatçımıza məğlubiyyət verildi
03.04.2012 [12:48] - İdman
Avropa çempionatında çıxış edən daha bir azərbaycanlı qrossmeyster – Eltac Səfərli də təşkilatçıların qəzəbinə tuş gəlib.

Plovdivdə keçirilən şəxsi yarışın 8-ci turunda Eltac komanda yoldaşı Şəhriyar Məmmədyarovun aqibətini yaşayıb. Belə ki, Səfərli də israilli rəqibi Tal Baronla 40-cı gedişədək heç-heçəyə razılaşdığından onların hər ikisinə texniki məğlubiyyət verilib. Qaydalarda isə dəqiq yazılıb ki, 40-cı gedişədək xalları yarı bölməklə bağlı danışıq qadağandır və onlar hakimi də çağırmayıblar. Buna baxmayaraq, görüşlə bağlı apelyasiya şikayəti verilib.
Qeyd edək ki, Məmmədyarov da eyni turda 40-cı gedişədək heç-heçəyə razılaşdığından texniki məğlubiyyət almışdı. Ardınca isə təmsilçimiz Avropa çempionatını yarımçıq dayandırmağa qərar vermişdi.
Bu xəbər oxucular tərəfindən 1149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed