Şrift:
Avropada yenə quş qripi HƏYƏCANI
13.01.2017 [11:35] - Sağlıq
İtaliya və İspaniyada quş qripi virusu ilə yoluxma üzrə yeni faktlar qeydə alınıb.
Bu haqda Beynəlxalq Epizootik Bürosu (MEB) bildirib.
Təşkilatın saytında dərc olunan məlumata görə, İspaniyanın Kastilya və Leon əyalətlərində virusla yoluxmadan ölən iki vəhşi ördək aşkar edilib. Bildirilir ki, regionda bioloji təhlükəsizlik üzrə yüksək ölçülər daxil edilib və heyvanların müşahidəsi gücləndirilib.
MEB-in informasiyasına əsasən, analoji hadisə İtaliyanın şimalında, Qrado şəhərinin yaxınlığında yerləşən təbii qoruqda qeydə alınıb. Burada ölü vəhşi quş tapılıb. Analizlərin nəticələri quşun H5N8 virusundan öldüyünü təsdiqləyib.
Ömər
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed