03.04.2012 [12:56] - Sağlıq
Dəhşətli faktlar üzə çıxdı, “Pepsi” hələ susur...
ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı “4-metilimidazol” maddəsi siçanlarda xərçəngə yol açıb. Məhz bu sınağın nəticələri məlum olandan sonra Kaliforniya ştatının parlamenti bu maddəni xərçəngə yol açan maddələr siyahısına salıb. Qəbul edilən qanuna görə, içərisində bu maddə olan içkilərin üzərinə mütləq “Diqqət, xərçəng yarada bilər!” xəbərdarlığı yazılmalıdır. Bu da bütün diqqəti qazlı içki məhsulları sahəsində dünyanın iki ən böyük firması olan “Coca-Cola” və “Pepsi”-nin məhsullarına yönəldib. Çünki bu şirkətlər tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsindən, yəni şəkər çalarından gen-bol istifadə edirlər. İçkilərə rəngi bu qida əlavəsi verir. Məhz bu qanundan sonra “Coca-Cola” ve “Pepsi” şirkətləri on illərdir ki, istifadə etdikləri reseptləri dəyişdirəcəklərini, karamel rəngi verən “4-metilimidazol” maddəsindən müəyyən çərçivədə istifadə edəcəklərini, bunun miqdarını azaldacaqlarını açıqlayıblar. Hər iki şirkətin yaydığı açıqlamada qeyd olunub ki, Kaliforniyada yeni tərkibli içkilər satılacaq və bu yeni tərkibli içkilər bütün ABŞ ərazisində də satışa çıxarılacaq.
Azərbaycanda xərçəng yaradan məhsulları yayanlar nə deyir?
Bu şirkətlərin məhsulları Azərbaycan bazarında da gen-bol satılır. Həm də həmin məhsullar kənarda yox, bu şirkətlərin Azərbaycanda yaratdıqları müəssisələrdə istehsal edilir. Söhbət Bakı şəhəri, Tağıyev 1, Sulu Təpə qəsəbəsi, Şamaxı yolunda yerləşən “Azerbaijan Coca-Cola Bottlers Ltd.” və Bakı şəhəri, Sulu Təpə qəsəbəsi, Sumqayıt yolu 15. ünvanında yerləşən “Pepsi - Cola Azerbaycan” müəssisələrindən gedir. Lent.az bu məsələni araşdırmağa qərar verib və hər iki şirkətə sorğu ilə müraciət edib. Soruşmuşuq ki, birinci, xərçəng yaratdığı üzə çıxan “4-metilimidazol” maddəsindən məhsullarında istifadə edirlərmi, ikincisi, istifadə edirlərsə, bundan sonra Azərbaycanda istehsal edəcəkləri məhsullarda bu maddənin miqdarını azaltmaq niyyətləri varmı? Nəhayət, belə niyyətləri varsa, nə vaxt və konkret hansı həcmdə bu maddədən istifadəni azaldacaqlar?
On beş gün keçir, ikincidən hələ cavab gəlməyib. “Azerbaijan Coca-Cola Bottlers Ltd.” isə rəsmi cavab göndərib. Ancaq bu cavabda bizim ünvanladığımız suallara konkret cavab yoxdur, üstəlik, daha çox ictimai rəyi çaşdırmağa yönəlib. Öncə bu cavaba baxaq: “Son günlər KİV-də “Coca-Cola” şirkətinin istehsal etdiyi məhsulların tərkibində dəyişiklik baş verməsi haqqında yanlış məlumatlar yayılır. Biz bu məsələyə aydınlıq gətirmək istəyirik. Şəkər çaları, digər sözlə karamel - bizim məhsullarımızda olub, var və daim təhlükəsiz tərkib hissə olaraq qalacaq. “Coca-Cola” şirkəti öz dünya şöhrətli formulunu dəyişmək niyyətində deyil. Həyata keçirilən dəyişikliklər “Coca-Cola” içkisinin rəngi və dadına təsir göstərməyəcək. İstehsal prosesinə vaxtaşırı müdaxilə edilsə də, məxfi formul dəyişməz olaraq qalır. Bu dəfə biz, “Karamel” məhsulunda “4-MEI” miqdarının azaldılması məqsədilə karamel istehsalçılarına müraciət etmişik. Lakin bu qətiyyən istehlakçılarımızın tanıdığı yüksək keyfiyyətli məhsulun tərkibinə, rənginə və təravətli dadına təsir göstərməyəcək. Şirkətin ən yüksək keyfiyyət və təhlükəsizliyə yönələn səyləri əsas prioritet olaraq qalır. Məhsulumuzun təhlükəsizliyini qorumaq üçün, biz elmi dəlillərə əsaslanmağa davam edəcəyik”.
Etiraf və inkar...
Birincisi, əgər yayılan məlumat yanlışdırsa, tərkibində “4-MEI” maddəsi olan “E150 D” qida əlavəsi təhlükəsizdirsə, niyə elə bu rəsmi cavabın digər hissəsində “bu dəfə biz “Karamel” məhsulunda “4-MEI” miqdarının azaldılması məqsədilə, karamel istehsalçılarına müraciət etmişik” ifadəsi yer alıb?! Yox, əgər məhsulun tərkibində dəyişiklik olacaqsa, niyə “şəkər çaları bizim məhsullarımızda olub, var və daim təhlükəsiz tərkib hissə olaraq qalacaq, məxfi formul dəyişməz olaraq qalır” məzmunlu birmənalı bəyanat verilir?!
Nəhayət, nə üçün suallarımıza konkret cavab verilmir? Niyə açıqlanmır ki, şirkət Azərbaycanda istehsal etdiyi məhsulların tərkibində xərçəng yaratmaq təhlükəsi olan maddənin miqdarını azaldıb-azaltmamaqla bağlı qərar veribmi, konkret nə vaxtdan başlayaraq azaldacaq, yaxud azaltmayacaq?
Bir məqam da diqqət çəkir. Sorğumuza bir gün sonra rəsmi cavab göndərilsə də, “Azerbaijan Coca-Cola Bottlers Ltd.” müəssisəsinin təmsilçisi kimi özünü təqdim edən şəxs bildirib ki, sorğumuzla bağlı elə sorğu daxil olan gün bir neçə KİV-ə şirkətin mövqeyini əks etdirən cavabı göndəriblər. Bir KİV-in sorğusu ilə bağlı rəsmi cavabı öncə digər KİV-lərə göndərmək nə dərəcədə etik davranışdır?! Bu irad həmin şəxsə də çatdırıldı. Həm də ona görə ki, “Azerbaijan Coca-Cola Bottlers Ltd.”-nin rəsmi mövqeyini əks etdirən cavabın öncə məhz bu şirkətin məhsullarını reklam edən KİV-lərə göndərildiyinə bizim heç bir şübhəmiz yoxdur. Bunun özü də öncədən ictimai rəyi çaşdırmağa, yönləndirməyə hesablanmış addımdır.
Təhlükə var
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edilib. Mərkəzin Qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyir ki, “4-metilimidazol” maddəsi “E150 D” qida əlavəsinin tərkibindədir. “E150 D” kimyəvi yolla, ammonyak-sulfid texnologiyası ilə alınan 4-cü şəkər çaları, rəngləyici maddədir. Bu maddədən ən “Coca Cola” məhsullarında, sərinləşdirici içkilərdə istifadə edilir.
İmran Abdullayev bildirib ki, qida əlavələrinin əksəriyyəti kimyəvi üsulla alınır. Rəngləyici qida əlavələri ən çox karamel məhsullarının istehsalında, bəziləri aromatik dad verici, bəziləri məhsulda emulsiyalaşdırıcı rolunda çıxış edir. Bəzi qida əlavələri də antioksidontlardır. Turşuluq, o cümlədən məhsulların saxlama müddətini uzatmaq üçün istifadə edilən qida əlavələri var. Bitki tərkibli, təbii yolla çox az sayda qida əlavələri alınır: “Məsələn, buna duzu misal göstərmək olar. Amma bu gün dünyada qida əlavələrin mütləq əksəriyyəti məhz kimyəvi yolla alınır. Bəzi qida əlavələri var ki, onlara müəyyən ölçüdə qadağa qoyulub. O cümlədən Rusiya birtərəfli olaraq Avropada icazə verilən bir sıra qida əlavələrinə qadağa qoyub. “4-metilimidazol” maddəsi ilə bağlı ABŞ-ın Kaliforniya ştatının qanunverici orqanında qərarın qəbul edilməsi barədə yayılan məlumat da bu qəbildəndir”.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası bölməsinin müdiri bir məqama xüsusi diqqət çəkir: “Tutaq ki, kolbasalara çəhrayı rəng vermək üçün nitrid-natrium vurulur. Amma 100 kilo hazır mala yalnız 7 qram nitrid-natrium vurmaq olar. Bu qida əlavəsini artıq vurmağa icazə verilmir. Bu qida əlavəsi də xərçəngin əmələ gəlməsində rol oynayır. Amma yüz faiz xərçəngin bundan əmələ gəldiyini sübut edə bilmirlər. Mən “4-metilimidazol” maddəsi ilə bağlı ABŞ-da siçanlar üzərində aparılan sınaq barədə də oxudum. Siçanlarda milyonlarla yoxlama aparılıb və müəyyənləşdirilib ki, xərçəng əmələ gəlir. Amma bunun xərçəng yaratmasının dəqiq mexanizmini tapmaq çətindir. Mümkündür ki, “4-metilimidazol” da xərçəng yaratsın, çünki ammonyak və sulfid kimyəvi maddələrdir. Onlardan alınan maddə də təbii ki, orqanizmə zəhərli təsir göstərir. Amma məhsula çox az miqdarda belə qida əlavəsi vurulmalıdır ki, insanların həyatına təhlükə yaratmasın. Yəni orqanizm onu balanslaşdıra bilsin. Əlbəttə, orqanizm onu balanslaşdıra bilməsə, o halda orqanizmə zərər verəcək. Məhz buna görə də “Coca-Cola” şirkəti bəyan edib ki, “4-metilimidazol” maddəsini azaldacağıq. Ola bilər ki, alimlər bunu onların qarşısına qoyub. Amma “4-metilimidazol” “Coca-Cola”-nın tərkibində həmişə olub və olacaq. Çünki o olmasa, həmin rəng yoxdur, o rəng olmasa da deməli, “Coca-Cola” yoxdur”.
Gözləməliyikmi?!...
İmran Abdullayev düşünür ki, əgər “Coca Cola” şirkəti ABŞ-dakı məhsullarında bu maddənin miqdarını azaldacağını bəyan edibsə, yəqin ki, Azərbaycanda da azaldacaq, çünki şirkətdə belə məsələlərə ciddi nəzarət var. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qida gigiyenası bölməsinin onu da vurğulayır ki, əgər “E150 D” qida əlavəsinin xərçəng xəstəliyinin yayılmasına səbəb olduğu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiq edilərsə və buna rəsmi qadağa qoyularsa, bu qadağa qüvvəyə minmiş olar. Hazırda “E150 D” rəngləyici maddəsi ÜST tərəfindən istifadəsinə icazə verilən qida əlavələri sıyahısındadır: “Əgər yayılmış informasiyalar təsdiqini taparsa, ÜST tərəfindən də bu maddənin xərçəng yaratdığı təsdiqlənərsə, o halda ÜST tərəfindən bu maddənin məhsullara qatılması qadağan olunar və təbii ki, biz də Azərbaycanda onun qadağan edilməsinə nail ola bilərik. Azərbaycan da birtərəfli olaraq. “4-metilimidazol” maddəsinə qadağa qoya bilər. Gərək hökumət həqiqətən bu maddənin insanların həyatı üçün təhlükə törətdiyini ortaya qoysun və bunu qanunla qadağan etsin”.
Yeri gəlmişkən, ÜST-nin bir sıra hallarda böyük şirkətlərin əlində vasitəyə çevrildiyi də artıq sirr deyil. “Donuz qripi” ilə bağlı peyvənd məsələsində dərman şirkətləri və ÜST arasındakı gizli sövdələşmənin üzə çıxması da bunu təsdiqlədi və dünya mediası da bu barədə çox yazdı. Belə olan halda ərzaq təhlükəsizliyi kimi bir məsələdə gözləmə mövqeyində durmağımız nə dərəcədə düzgündür? Əgər ABŞ-da laborator müayinələr zamanı “4-metilimidazol” maddəsinin xərçəng yaratdığı təsdiqini tapıbsa, niyə gözləməliyik?
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məsələdən məlumatsız olduğu üçün münasibət bildirməyib. O, məsələnin mahiyyətini öyrəndikdən sonra bu barədə fikrini açıqlayacağını söyləyib.
Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bu məsələni araşdırmağın səlahiyyətlərinə daxil olmadığını açıqlayıb. Ancaq qanunvericiliyə əsasən istehsal müəssisələrində məhsulların müvafiq standartlara uyğun olub-olmadığını araşdırmaq səlahiyyəti məhz Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinə məxsusdur. Hər hansı məhsulun tərkibində insan sağlamlığı üçün təhlükə yaradacaq maddə barədə məlumat daxil olarsa, bunun da müvafiq olaraq laborator analizi Dövlət Komitəsi apara, mövcud standartlara dəyişiklik edə bilər. Məsələn, az əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzində (AzTEST) qablaşdırma materiallarının sınağı laboratoriyasının yaradılması istiqamətində işlər aparıldığı barədə məlumat yayıb. Təsadüfi deyil ki, məlumatda o da qeyd edilir ki, “bəzi plastik qablarda olan “Bisfenol A” maddəsinin insan orqanizmi üçün təhlükəli olması onun miqdarının təyinini zəruri edir, bu təhlükədən sığortalanmaq üçün bəzi ölkələr uşaq əmziklərinin və süni qidalandırma üçün istifadə edilən qabların istehsalında "Bisfenol A"-nı yaradan maddələrin istifadəsini qadağan edib”.
Belə olan halda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nə üçün Azərbaycanda istehsal edilən “Coca-Cola” məhsulunun tərkibindəki təhlükəli maddənin miqdarını təyin etməyi, bununla bağlı müvafiq standart müəyyənləşdirməyi zəruri saymır? Gec də olsa belə, sonradan da Dövlət Komitəsinin bu məsələ ilə bağlı cavabını bilmək yaxşı olardı.
Lent.az insanlarımızın həyatı, sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan bu məsələ ilə bağlı araşdırmanı davam etdirəcək və bu araşdırmada İstehlakçıların hüquqlarını qorumalı olan müvafiq hökumət və qeyri-hökumət orqanları, ABŞ-dakı laboratoriya sınaqları barədə daha geniş məlumat əldə etmək imkanı olan parlamentarilərimizin dəstəyinə ümid bəsləyir...

Bu xəbər oxucular tərəfindən 1937 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |