13.01.2017 [11:48] - Xəbərlər, DAVAMın yazıları
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənəvi borcudur.
Biz də Enter.News olaraq Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik. Yazıda istifadə olunan fotolar türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabından götürülüb.
Yazının əvvəlini bu linkdən oxuyun
V YAZI
“Nasis partiyası həmişə işimə qarışdı. Buna görə də partiyanın Türkiyə ilə əlaqələrinin kəsilməsinə çalışdım”.
Von Papen
Almaniyanın Türkiyədədki səfiri
1941-ci il iyunun 22-də Hitler SSRİ-yə hucum etdi. Hücum planına da “Barbarossa Planı” adı verilmişdi. 1941-ci ilin iyulun 12-də isə İngiltərə və Sovet dövləti düşmənə qarşı birgə hərəkət etmək üçün ortaq bir plan hazırladılar. Həmin vaxtlar ABŞ da müharibəyə qoşulmağa hazırlaşırdı. ABŞ, İngiltərə və Sovet hökuməti Hitlerin ordularına qarşı birgə hərəkət edəcəklərdi. Yəni, kapitalizm və sosializm əl-ələ verib faşizmə qarşı döyüşürdülər. Faşist Almaniyası ən yırtıcı dönəmlərini yaşayırdı.
Bir müddət öncə Stalinlə razıla gəlib Polşanı bölüşən Hitler, bu dəfə isə bolşevikliyi yür üzündən silməyə və Qafqaz neftini ələ keçirməyə qarşısına məqsəd qoymuşdu. Bu səbəbdən idi ki, Alman orduları üç istiqamətdən Sovet torpağına hücum etmişdi. Qısa bir zaman içində - 1941-ci ilin sentyabrında Kiyev, oktyabrın ortalarında Odessa və noyabrın 21-də isə Rastov və Kırım almanların əlinə keçmişdi.
Türkiyə Şərqdə yerləşdiyindən Almanlar üçün strateji əhəmiyyət daşıyırdı. Bu məqsədlə də Hitler, Türkiyəyə sabiq baş nazir Von Papeni səfir göndərmişdi. Bundan başqa, almanların xüsusi xidmət orqanları da Ankara və İstanbulda qərargah qurmuşdular.
Hitlerin səfir kimi göndərdiyi Von Papen sabiq döyüşçü idi. O, Birinci Dünya Müharibəsində türklərlə bir yerdə döyüşmüş və Türk generallarını yaxından tanıyırdı. Müharibə başlamamışdan öncə Türkiyəyə səfir təyin olunan Papen səfirlik əməkdaşları ilə birgə çalışırdı ki, Türkiyədən Almaniyaya qarşı hücuma keçməmək haqqında razılıq alsınlar. Və 1941-ci ilin iyunun 18-də razılaşma imzalandı və həmin il iyunun 20-də TBMM-də təsdiqləndi.
Papenin başqa bir vəzifəsi də Türkiyəni ingilislərdən uzaq tutmaq idi. Papenin ən həssas yanaşdığı məsələ də elə bu idi. Bundan başqa, səfirə verilən başqa bir tapşırıq isə 1920-ci ildən sonra öləziyən turançılıq hərəkatını alovlandırmaq idi. Bu işdə Almaniyanın xüsusi xidmət orqanları ona kömək edəcəkdi.
Bütün işlərdə Almaniya xüsusi xidmət orqanları Papenin işinə qarışdığından səfir Alman hökumətindən nasistlərin Türkiyədəki fəaliyyətlərini dayandırmasını istədi. Bütün bunlar həm də ona görə baş verirdi ki, Almaniya ehtiyac duyduğu andan etibarən Türkiyəni Sovet dövlətinə qarşı müharibəyə qoşmaq idi. Alman hökuməti Türkiyəni müharibəyə cəlb etmək üçün Sovet dövlətində yaşayan müsəlman xalqlardan istifadə etməyi düşünürdü. Bunun üçün də öncə Pan-turançı hərəkatlar dəstəklənməli və alman əsgərlərinin qələbələri türklərə göstərilməli idi...
1941-ci il sentyabrın 30-da Von Qrote imzası ilə “məxfi hesabat”da iki Türk generalının Almaniyaya gedəcəyi bildirilirdi.
Hesabatda deyilir:
“Ref: Lr Von Qrote.
Göndərildiyi yer: Pol.I.(ATT) 9253 G.
Məxfi.
Mövzu: Türk generallarının səfəri.
Türklər bir müddət bundan qabaq hərbi atteşilyimiz vasitəsi ilə Reyx Baş Qərargahından iki nəfər hərbi jurnalistin Şərq cəbhəsinə səfər etmələri ilə bağlı xahiş etmişdilər... Baş Qərargah rəisinin icazəsi ilə köşə yazarı və alman dostu olan, bunu yazılarında da göstərən tanınmış iki Türk generalı – Hüsnü Erkilet və Ali İhsan Sabis 1 oktyabr tarixindən başlayaraq Şərq cəbhəsində olacaq. Bu səfər Baş Qərargahın təbliğat bürosu və Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin birgə razılığı əsasında təbliğat məqsədi ilə gerçəkləşmişdi.
Fəqət, Türk hökuməti son anda general Ali İhsan Sabisin yerinə indiki Hərbi Akademiyanın rəisi general Əli Fuadın adını (Erden) verir. Qeyd edək ki, general Əli Fuat strateji və taktiki bilgilər baxımından Türkiyənin ən önəmli generallarındandır. Bu dəyişikliklə də məsələ bir az da böyüyərək, hər şeydən öncə də siyasi forma alır.
Bu məsələyə 253 saylı və 29 sentyabr tarixli teleqrafında cənab səfir Von Papen də toxunub.”
Bu səbəbdən də bu barədə Baş Qərargah rəisi və Ordu rəhbərliyi kanalı ilə Fürerə məlumat verilmişdi. O, da Fuadın səfəri ilə bağlı razılığını bildirmişdi.
Səfər hərbi məsələlərdən dollayı bir həftə qabağa çəkilmişdi. Səfir Papenin məsləhəti ilə hərbi qərargahda qəbuletmə və eyni zamanda fransız döyüş sahələrini gəzilməsi gündəmdə deyildi.
Cənab səfir Ritterin diqqətinə ərz olunur.
Von Grote”
Emir Erkilet və Əli Fuad Erden Hitlerin qərargahında 28 oktyabr, 1941-ci il.
Almanların bu məxfi sənədində adı keçən həmin üç general Birinci Dünya Müharibəsində müxtəlif cəbhələrdə almanlarla birgə vuruşmuşdular. Bu səbəbdən də hər üç generalı almanlar yaxından tanıyırdılar. Həmin generallar barəsində qısa da olsa məlumat verək:
Ali İhsan Sabis – 1882-ci ildə anadan olub. 1901-ci ildə Quru Qoşunları məktəbini, 1904-cü ildə Hərbi akademiyanı fərqlənmə ilə bitirdikdən sonra Jön-Türklərlə əlqalərinin olduğu deyilərək Mustafa Kamal ilə birlikdə Şama göndərilir.
Daha sonra xidmətini davam etdirmək üçün Ədirnəyə göndərilir. 1909-cu ildə Hərəkat ordusunda 31 mart hərəkatını yatırdan gənc zabitlərin arasında yer alır. Daha sonra hərbi təhsilini Almaniyada davam etdirir. Balkan müharibəsinin iştirakçısı olub. Ənvər Paşanın yanında xidmət edib, İraq cəbhəsində döyüşüb, Birinci Dünya Müharibəsi zamanı 6-cı Orduda xidmət edib. Qurtuluş savaşı vaxtı birinci ordu komandiri olduğu halda Atatürk ilə aralarında ixtilaf yaranır. Buna görə də vəzifəsindən azad edilir. Hərbi məsələlərlə bağlı yazılar yazan və döyüş xatirələrini nəşr etdirən Sabis, 1944-cü ildə həbs edilən irqçi-turançılar arasında idi. Təqaüddə olan general-leytenant Sabis 1950-54-cü illərdə Demokrat Partiyasından Afyon millət vəkili kimi parlamentə seçilir. 1957-ci ildə rəhmətə gedib.
Hüseyn E. Erkilet – 1883-cü ildə anadan olub. 1904-cü ildə hərbi məktəbi, 1907-ci ildə hərbi akademiyanı bitirir. Balkan, Birinci Dünya və Qurtuluş Savaşalarının iştirakçısı olub. Birinci Dünya Müharibəsi zamanı İraq cəbhəsində alman generalları ilə birgə xidmət edib. İldırım ordularında komandir müavini, Qurtuluş Savaşında ikinci ordunun qərargah rəisi və dviziya komandiri kimi çalışıb.
1930-cu ildə general-leytenant rütbəsi ilə təqaüdə çıxır. 1944-cü ildə isə irqçilik-turançılıq məhkəməsi zamanı həbs edilib. “Əmir Paşa” kimi də tanınan Erkilet, 1958-ci ilində rəhmətə gedib.
Əli Fuad Erden – 1883-cü ildə anadan olub... 1903-cü ildə hərbi akademiyanı bitirib. Yəməndə, Balkan döyüşlərində, Suriyada müxtəlif cəbhələrdə xidmət edib. Birinci Dünya Müharibəsi zamanı Suriyada 8-ci ordunun Qərargah rəisi vəzifəsini icra edib. 1926-cı ildə general-mayor, 1947-ci ildə ordu generalı rütbəsinə yüksəlir. Həmçinin hərbi akademiyaların rəhbəri və hərbi prokuraturanın rəhbəri kimi də çalışıb. 1957-ci ildə dünyasını dəyişib.
Baş Qərargah rəisi Fevzi Çaxmaq Almaniya səfərinə Ali İhsan Sabisin yerinə Ali Fuat Erdenin getməsini uyğun görmüşdü.
Erden və Erkilet Almaniyaya getdilər. Doğrudan da səfər çox maraqlı idi. General Erden və Erkiletin səfər müddəti oktyabrın 15-də başlayıb noyabrın 5-də bitmişdi. İki Türk generalının cəbhə səfəri zamanı səfir Hentig də onlarla birlikdə idi. Erden səfərdən döndükdən sonra 1941-ci il noyabrın 9-da səfir Papen ilə görüşür.
Papen, 1941-ci il noyabrın 10-da Xarici İşlər Nazirliyinə göndərdiyi 645/41 saylı məktubunda Erden və Erkiletin səfəri ilə bağlı bunları yazmışdı:
Təqaüddə olan general H.Emir Erkilet və Hərbi Akademiyanın rəisi Əli Fuad Erden Alman ordusunun zabitləri ilə, 31 oktyabr, 1941-ci il.
“İki Türk generalı Şərq cəbhəsinə etdikləri səfərdən və Fürerin qərargahı ilə tanışlıqdan çox məmnun qalıblar. Genral Əli Fuad səfərləri barəsində təəssüratlarını yazmaq üçün yanıma gəldi.
Gəzdiyi yerlərdə komandanlıqdan gördüyü xoş münasibətləri və I Dünya Müharibəsi zamanı olan dostluğu xatırlatdı. Bu fikirlər Əli Fuadın şərəfinə verilən yeməkdə Ordu generalı Fromm tərəfindən böyük bir nəzakətlə dilə gətirildi.
Türk generalı dedi ki, imkan varsa rusların yerləşdirilməsini göstərən xəritəni (incə nüanslar almanların özündə qalmaq şətri ilə) Türkiyənin Hərbi Akademiyasında tədris olunmaq üçün ona verilsin.”
...Erden alman ordularının Xəzər və Qafqaza çıxarılması fikrindəydi. Onun fikrinə görə bu məsələdə Almanların qələbəsi mütləqdir.
Qeyd edim ki, Prezident İsmət İnönü və Baş Qərargah rəisi Çakmağın Erden ilə altı saat davam edən görüşləri olub. Onlar Erdenin fikirlərini dinlədilər və gündəmdə olan hadisələrlə bağlı generaldan ətraflı məlumat aldılar. Ancaq İsmət İnönü və Çakmak generalın fikirləri ilə razılaşmırdılar. Çakmakın fikrincə şəqrdəki Alman qüvvələri müvəfəqiyyət qazana bilməyəcəkdilər. Hadisələrin gedişatı göstərdi ki, İnönü və Çakmak fikirlərində haqlı imiş.
Əgər Alman orduları Qafqazı ələ keçirərdilərsə, o zaman vəziyyət necə olacaqdı? Həmin günlərdə Türkiyə dövlətini bu sual düşündürürdü. Həmin vaxtlarda Türkiyənin Londondakı səfiri Dr. Tevfik Rüştü Aras İngiltərənin baş naziri Eden ilə tez-tez görüşürdü. Səfir, baş nazir ilə söhbətlərini Türkiyənin Xarici işlər nazirliyinin müşaviri Numan Menemencioğluna göndərirdi. Edenin fikri belə idi: “Əgər Qafqazı işğal etsəniz bütün dünyadan uzaq düşücəksiniz”.
Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |