13.01.2017 [14:33] - İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə çıxış etmiş klublar həmin maliyyə ilində 40 milyon avro gəlir əldə ediblər.
Bu barədə UEFA-nın 2015-ci il üçün hazırladığı illik maliyyə hesabatında bildirilir. Məbləğin 66 faizini (26,4 milyon avro) sponsor və kommersiya gəlirləri təşkil edib. İkinci yerdə UEFA-nın ayırdığı vəsait gəlir - 21 faiz (8,4 milyon avro). Digər gəlirlər 11 faiz (4,4 milyon avro), bilet və atribut satışı isə 2 faiz (800 min avro) olub. Əvəzində transferlərdən heç bir gəlir götürülməyib.
Gəlirin 60 faizi (24 milyon avro) maaşlara xərclənib ki, bu da əvvəlki illə müqayisədə 22 faiz azdır. Başqa sözlə, klublar əmək haqqına orta hesabla 2,4 milyon avro sərf ediblər.
Mənfəət dərəcəsi klublardan biri üçün 20 faizdən yuxarı, ikisi üçün 20 faizədək, ikisi üçün 10 faizədək olub. Əvəzində bir klub 20 faizədək, üç klub 20 faizdən çox zərərə düşüb. Daha bir klub - "Araz Naxçıvan" mövsümün əvvəlində mübarizədən çəkildiyi üçün bu göstəricidə nəzərə alınmayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə "Qarabağ" qızıl, "İnter" gümüş, "Qəbələ" bürünc medal qazanıb. Sonrakı yerləri "Neftçi", "Simurq", AZAL, "Xəzər Lənkəran", "Sumqayıt" və "Bakı" tutub. 10-cu komanda - "Araz-Naxçıvan" isə çempionatı yarımçıq tərk edib.

Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |