13.01.2017 [14:36] - Diaspor
Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Rusiya Federasiyasının Soçi şəhərində start götürən 28-ci Beynəlxalq KVN festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlı ölkə tanımır və buna görə də festivala qondarma respublikanın komandasının dəvət olunması Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.
“Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin nümayəndəsi yaşayır. Rusiyanın milli siyasətinin məqsədlərindən biri də etnik və millətlərarası münasibətlərin harmoniyasını təmin etməkdir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə öz çıxışında bildirib ki, tarixən yüzlərlə millət və etnik qrupların ümumi evi sayılan Rusiya üçün millətlərarası anlaşma dövlətin mövcudluğu üçün prioritet və ən vacib şərt sayılır. Rusiya Prezidentinin bu fikirləri bizlərdə böyük ümidlər yaradır, lakin indi biz bir daha Azərbaycana qarşı təxribatın şahidi olduq”- deyə bəyanatda bildirilir.
Həmçinin vurğulanır ki, qondarma respublikadan olan komandanın KVN festivalında iştirak etmək üçün Rusiya Federasiyasının sərhəddini keçməsi özü “Rusiya Federasiyasının dövlət sərhədləri haqqında” qanunun kobud şəkildə pozulması deməkdir. Bununla əlaqədar, Ümumrusiya Azərbaycan Konqresi etnik zəmində qarşıdurmaya yol verilməməsi üçün aidiyyəti qurumları müvafiq tədbirlər görməyə, həmçinin, Rusiya Federasiyasının bütün dövlət və ictimai təşkilatlarını Rusiyada millətlərarası münasibətlərin gərginləşməsinə səbəb ola bilən hər hansı bir addımların atılmasının qarşısını almağa çağırıb.

Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |