Şrift:
İranla Ermənistan Gürcüstan sərhədində bazar açır
03.04.2012 [13:58] - Siyasət
Tehran hakimiyyəti Güney Qafqazda bazar açmaq, bölgədə gedən proseslərə fəal qatılmağa can atır.Iranın Şərqi Azərbaycan əyalətinin kənd təsərrüfatı başçısı Məsud Məhəmmədian əyalətdə istehsal olunan kənd təsərrüfatı məhsullarının satışını təmin etmək məqsədi ilə Ermənistanla Gürcüstan sərhədində ortaq bazar qurmaq istədiklərini söyləyib.İran informasiya vasitələrinə istinadən yayılanməlumatda bildirilib ki, İran beynəlxalq sanksiyalardan qurtulmaq, eləcə də Ermənistanla bərabər bölgə və dünya bazarlarına çıxmaq üçün bu layihəni gerçəkləşdirmək niyyətindədir.Məhəmmədian bu yöndə Ermənistan və Gürcüstanın kənd təsərrüfatı qurumlarının məsulları ilə görüşdüklərini və yaxın gələcəkdə işbirliyinə dair protokol imzalayacaqlarını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed