13.01.2017 [14:37] - İslam dini
"Azərbaycanda yalnız milli, irqi, dini, məzhəblərarası ədavət, qarşıdurma salan, bunun üçün vəsait sərf edən, məscidlərə gedib orada təbliğat aparanlara qarşı mübarizə aparılır".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, xristian dünyasında da radikal təriqət və qruplar var: "Tarixdə həmin qruplar tərəfindən törədilən kifayət qədər terror aktları var. Xristian aləmi də bu cür radikal qruplara qarşı mübarizə aparır".
Komitə sədri bildirib ki, Azərbaycan dövləti, qanunları dövlət-din münasibətlərinin çox təkmil bir modelini ortaya qoyub: "Biz dünyəvi dövlətik. Bununla yanaşı, dövlət dinin himayədarlığını həyata keçirir. Bizim qanunlarda öz dini ayinlərini, dini tələblərini icra edənlərə heç bir məhdudiyyət yoxdur. Lakin dindən sui-istifadə edənlərə, məzhəblərarası, dinlərarası qarşıdurma yaratmaq istəyənlərə, zərərli təbliğat aparanlara, din adı altında yaradılmış dini radikal, ekstremist qruplara qarşı mübarizə aparılır. Həmin qrupların bir çoxu bütövlükdə islam dünyası üçün dost olmayan ölkələr və qüvvələr tərəfindən idarə olunur. Azərbaycanda 23 qeyri-islam dini icması qeydiyyatdan keçib. Kimsə deyə bilməz ki, səmavi dinlərdən irəli gələn məsələləri təbliğ edən dini icmaların işinə qadağa var".
M.Qurbanlı vurğulayıb ki, "İslam Həmrəyliyi ili" çərçivəsində islam ölkələri ilə birlikdə radikal qruplara, terror təşkilatlarına qarşı vahid sistem hazırlanmalıdır: "Dini ektremist və din adı altında fəaliyyət göstərən qruplara qarşı vahid mübarizə sistemi hazırlamalıyıq. Çünki bu cür qruplar islamı daxildən məhv edir, geri aparır və gözdən salır".

Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |