Şrift:
Azərbaycan bankları nağd valyuta satışını tədricən bərpa edir - MONİTORİNQ
13.01.2017 [14:38] - İqtisadiyyat
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları nağd valyuta satışını bərpa etməyə başlayıb. Buna baxmayaraq, hələ də bəzi banklar valyuta satışı həyata keçirmir, əksər banklarda isə satışda müxtəlif limitlər tətbiq olunur.
Hazırda "AG Bank" ASC-də valyuta alışı aparılsa da, satış yoxdur. "Dəmirbank" ASC, "Muğanbank" ASC, "Xalq Bank" ASC və "Ziraat Bank Azərbaycan" ASC də satış həyata keçirmir.
Hazırda dollar satışı kassa qalığından asılı olaraq "Atabank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AFB Bank" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "CDB Bank" ASC, "Nikoil Bank" ASC, "Bank Avrasiya" ASC və "Bank BTB" ASC-də (yalnız filiallarda) aparılır. Bu isə o deməkdir ki, yəni müştərinin tələbinin ödənilməsi kassadakı cari vəziyyətdən asılıdır.
"Azər-Türk Bank" ASC-də maksimal satış limiti 10 min dollardır. "Amrahbank" ASC-nin baş ofisində 100-150 dollar almaq mümkündür, avro satışı yoxdur, filiallarda isə limit fərqlidir. "Rabitəbank" ASC-də 1 000 dollaradək, "Silkway Bank" ASC-də 300 dollar, yaxud 200 avroya, "Turanbank" ASC-nin filiallarında 500 dollaradək (baş ofisdə isə satış həyata keçirilmir), "Unibank" ASC-də 3 000 dollaradək, "Bank of Baku" ASC-nin "Mərkəz", "S.Vurğun" filiallarında və baş idarədə 1 000 dollaradək, "Kapital Bank" ASC-də 5 000 dollar/avroyadək, "Bank VTB (Azerbaijan)" ASC-də 1 000 dollar/avro və ya 1 000 dollar ekvivalentdə rubl, "Accessbank" QSC-də 200 dollar/avroyadək valyuta almaq olar.
"PAŞA Bank" ASC-də nağd satış olmasa da, bankomatlardan valyuta çıxarmaq olur ("PAŞA Bank" kartları üçün "rəsmi məzənnə+2%" konvertasiya haqqı tutulur).
"YapıKredi Bank Azərbaycan" ASC isə yalnız öz müştərilərinə satış həyata keçirir. "Bank Respublika" ASC və "Günaybank" ASC-də də limitsiz satış həyata keçirildiyi deyilir.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed