13.01.2017 [14:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistanın dekabrın 29-da cəbhədə törətdiyi təxribatdan sonra əsgərimizin meyitini qaytarmaması, üstəlik də bununla bağlı qarşımıza şərt qoymasında beynəlxalq gücləri günahlandıram. Çünki, aprel döyüşləri zamanı Azərbaycan tərəfi bu məsələlərə birdəfəlik son qoyacaq, erməniləri Dağlıq Qarabağ ərazisindən çıxaracaqdı. Lakin beynəlxalq güclər bizdən bunun dayandırılmasını xahiş etdilər və bildirdilər ki, guya məsələni dinc yolla həll edəcəklər. Artıq 9 aydır ki, onlar bu istiqamətdə heç nə etmirlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.
Erməni tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuzluqla məşğul olduğunu deyən F.Quliyev qeyd edib ki, düşmənlərimiz bizə məxsus torpaqlarda nüvə tullantıları basdırır, narkotik ticarət yolları kimi istifadə edir, narkotik əkir, hərbi düşərgələr yaradır, başqa ölkələrdə yaşayan erməniləri qanunsuz olaraq işğal etdikləri Azərbaycan ərazilərinə köçürürlər: “Bütün bunlar azmış kimi erməni tərəfi əsgərimizin meyitini qaytarmamaqla xalqımıza mənəvi işgəncə verməyə çalışırlar. Azərbaycanın bütün bunların cavabını verməyə kifayət qədər gücü var. Lakin vaxtilə Azərbaycanı hərbi əməliyyatları dayandırmağa inandıran beynəlxalq güclər zəhmət çəkib özləri onların cavablarını versinlər. Əgər onların buna gücü çatmırsa, o zaman Azərbaycan qarşısında riyakarlıq etməsinlər. Hesab edirəm ki, beynəlxalq güclər Azərbaycanın qarşısından çəkilsələr, Azərbaycan öz əsgərinin cənazəsini qaytarmaq, torpaqlarını işğaldan azad etmək, eləcə də tarixi torpaqlarını geri almaq imkanına malikdir. Beynəlxalq güclər susqunluğa son qoymalıdırlar”.
Nailə Məhərrəmova

Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |