Şrift:
Azərbaycanın gənc qızlardan ibarət voleybol millisi ilk oyununu keçirib
14.01.2017 [10:44] - Gündəm, İdman
Avropa Çempionatının II seçmə mərhələ oyunlarında iştirak edən Azərbaycanın gənc qızlardan ibarət U-18 voleybol millisi bu gün ilk oyununu keçirib.
E qrupunda mübarizə aparan voleybol millimizin rəqibi Rusiya komandası olub.
Rumıniyanın Ploieşti şəhərinin “Olimpiya” idman mərkəzində keçirilən və 55 dəqiqə davam edən görüş Rusiya millisinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:6, 25:5, 25:7). Hər üç set Rusiya millisinin üstünlüyü şəraitində keçib.
Bu qələbədən sonra Rusiya yığmasının 5 xalı var. Onlar ötən gün meydan sahibi Rumıniya millisini 3:2 hesabı ilə məğlub ediblər.
Bu gün keçiriləcək qrupun digər oyununda Portuqaliya və Rumıniya komandaları qarşılaşacaq.
Azərbaycan millisi növbəti oyununu sabah Bakı vaxt ilə saat 17:00-da Portuqaliya komandasına qarşı keçirəcək.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed