Şrift:
Baş nazir: "SOCAR tərəfindən Ermənistana qaz nəql edən magistral kəmərin alınmasına etiraz etmirik"
14.01.2017 [11:16] - Gündəm, İqtisadiyyat
"Əgər hansısa təşkilatlar Ermənistanla Gürcüstanı birləşdirən magistral qaz kəmərini almaq istəyirsə, biz buna etiraz etmirik" Bunu Ermənistanın baş naziri Karen Karapetyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, magistral kəmərin bir hissəsinin satılması Ermənistanın enerji təhlükəsizliyinə heç cür təsir etməyəcək: "Biz öz təhlükəsizliyimiz üzərində işləməliyikmi? Əlbəttə. Lakin hazırda heç bir təhlükə yoxdur. Hətta SOCAR səhmlərin 25%-ni almaq istəsə belə, heç bir təhlükə yoxdur. Bildiyimiz kimi, söhbət nəzarət paketindən getmir. O ki qaldı kəmərdə baş verə biləcək qəzalara, bu, hər zaman baş verə bilər. Buna baxmayaraq, sizin evlərinizdə qaz olacaq. Narahat olmayın. Hər şey yaxşı olacaq. Fövqəladə halları nəzərə alaraq biz alternativ variantlar üzərində işləyirik və İran və Türkmənistanla danışıqlar aparırıq".

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlərə əsasən, SOCAR Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-ni almaq niyyətindədir. Korporasiya Rusiyadan Ermənistana gedən magistral qaz kəmərinin sahibidir.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed