Şrift:
Rusiyanın enerji gəlirləri azalmaqda davam edir
14.01.2017 [11:18] - Gündəm, İqtisadiyyat
Rusiyanın neft gəlirləri 2016-cı ildə 2015-ci illə müqayisədə 20 faiz, təbii qaz gəlirləri isə 27 faiz azalıb.

AZƏRTAC Rusiya Federal Gömrük Xidmətinə istinadla xəbər verir ki, ölkənin neft gəlirləri ötən il 2015-ci illə müqayisədə 20 faiz azalaraq 66,3 milyard dollar olub. Təbii qaz gəlirləri isə hesabat dövründə 2015-ci illə müqayisədə 27 faiz azalaraq 27,9 milyard dollar təşkil edib. Hesabat dövründə ölkənin təbii qaz ixracı 6,5 faiz artaraq 178 milyard kubmetrə çatıb.

Rusiyanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olmayan ölkələrə neft ixracı 7 faiz artaraq 215 milyon tona çatıb. MDB ölkələrinə neft ixracı isə 16 faiz azalaraq 17,4 milyon tona düşüb.

Rusiya 2015-ci ildə ümumilikdə 185 milyard kubmetr təbii qaz ixrac reallaşdıraraq 41,8 milyard dollar gəlir əldə etmişdi.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed