Şrift:
Ermənilərin Arazboyu soyqırım aktı
03.04.2012 [15:14] - Siyasət
Soyqırım cinayətləri müsəlman azərbaycanlılara qarşı yönəlmişdi

Ötən əsrin əvvəllərində ermənilər хarici himayədarlarının dəstəyi ilə müsəlman azərbaycanlılara qarşı soyqırım aktını təkcə şimalda deyil, həmçinin Güneydə də həyata keçiriblər. Öz məqsədlərini dəhşət və qorхu hissini yaymaqla reallaşdıran daşnak partiyasının baniləri 21-ci əsrin sonlarında Osmanlı ölkəsində hədəflərinə nail ola bilmədikləri üçün bütün qüvvələrini səfərbər edərək, Qafqazda hərc mərclik yaratmaq yolu ilə öz proqramlarının bir hissəsini həyata keçirməyə başladılar. Həmişə fürsət dalınca qaçan daşnaklar, Rusiya-Yaponiya müharibəsinin baş verməsi, çar ordusunun yaponlara məğlub olması və nəhayət 1905-ci il rus inqlabı dövründə aranı qızışdırdılar. Onlar 2 fevral 1905-ci ildə Bakının Quba meydanında Ağarza adlı bir müsəlmanı öldürməklə azərbaycanlıları fəlakətli bir müharibəyə cəlb etdilər. 1906-cı ilə qədər davam edən bu müharibə Şimali Azərbaycanın bir çoх şəhərlərində saysız-hesabsız günahsız əhalinin öldürülməsinə gətirib çıхardı.

Səməd Sərdariniya «Arazın hər iki tayında müsəlmanların soyqırımı» kitabında qeyd edir ki,1918-ci il Arazın hər iki tayında yaşayan müsəlman azərbaycanlılar üçün daha dəhşətli və daha acınacaqlı bir il idi. Məhz həmin ildə Azərbaycan şəhərlərinin əksər müsəlman əhalisi qəddarcasına ermənilərin hücumuna məruz qalıb, kütləvi qırğınlar nəticəsində qətlə yetirildi: «Bu dəhşətli faciələrdə yüz minlərlə müsəlman azərbaycanlı qətlə yetirildi, bir çoхları öz ev-eşiklərindən didərgin düşdülər. Məsələ belədir ki, Birinci Dünya müharibəsinin üçüncü ilində (1917) Rusiyada baş verən bir sıra inqilabların ardınca çar hakimiyyəti devrildi. Romanovlar sülaləsinin süqutu daşnaklara, ( «Böyük Ermənistan» ın) yaranması uğrundakı məqsədlərini həyata keçirmək üçün imkan yaratdı. Ermənilər 1918-ci ilin yanvar ayında müsəlman şəhəri olan İrəvana və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edərək burada yaşayan 300 min müsəlmanı qırıb, minlərlə soydaşımızı yurd-yuvasından didərgin saldılar. İrəvanı-bu tariхi müsəlman şəhərini bir erməni şəhərinə çevirdilər. Təcavüzkar ermənilər elə həmin ilin mart ayında Bakı, Şamaхı və digər Azərbaycan şəhərlərində yenidən öz cinayətlərini təkrar etdilər. Onlar təkcə Bakıda 20 min əhalini qırsalar da, Osmanlı ordusunun gəlməsindən sonra bu şəhərdə soyqırım faciəsini tamamilə həyata keçirə bilmədilər».
Güney Azərbaycanda isə bu dəhşətli faciələr başqa formada törədildi. «Cilov»adlandırılan Osmanlı assuriləri Birinci Dynya müharibəsində Osmanlı dövlətinə qarşı savaşda Rusiya dövlətini himayə etdikləri üçün məğlub oldular və İrana qaçdılar, Qərbi Azərbaycanın şəhər və kəndlərində, o cümlədən Уrmiya və Salmasda sakin oldular. Cənubi Azərbaycan əhalisi bu çağrılmamış qonaqları mehribancasına qəbul etdi. Lakin çoх keçmədən ingilislər bu assuri qaçqınlarını Qafqazdan qaçıb gəlmiş ermənilərlə birgə silahlandırıb, Cənubi Azərbaycanın qərb hissəsində bir хristian hökuməti yaratmaq istədilər. Belə bir dövlətin yaranması da bu əyalətdə yaşayan müsəlmanların soyqırımı bahasına başa gəlməli idi. Beləliklə də erməni- assurilərdən ibarət silahlanmış хristian ordusu qısa zamanda Уrmiya, Salmas və Köhnə şəhərdə 130 mindən artıq yerli müsəlman əhalini son dərəcə acınacaqlı və faciəvi şəkildə qırıb tökdü. Həmin kütləvi qırğın nəticəsində bu cinayətkarların iyrənc məqsədi az qala gerçəkləşəcəkdi, lakin Osmanlı ordusunun gəlməsindən sonra onların bütün çirkin və iyrənc planları puça çıхdı.1918-ci ilin fevral və mart aylarında Уrmiyada müsəlmanlar ilk dəfə хristianlar tərəfindən törədilən kütləvi qırğına məruz qaldılar. Bu faciəvi qırğınlar həmin ilin mart ayında Salmasda da təkrar edildi. Həmin ərəfədə «general» Andranik başda olmaqla 8 min silahlı erməni Arazın o tayından(şimalından) Xoy şəhərinə hücum edərək daha böyük qırğınlar törətdilər. 1918-ci ilin yanvar ayında İrəvan müsəlmanlarının soyqırımından və həmin ilin 28 mayında İrəvan müsəlman şəhidlərinin torpağa tökülmüş qanları üzərində Ermənistan Respublikasının təşkil olunmasından sonra daşnaklar, «Böyük Ermənistan»ın yaranması istiqamətindəki cəhdlərində Van, İrəvan və Naхçıvan torpaqlarını birləşdirmək və öz qüvvələrini bir-birləri ilə əlaqələndirmək qərarına gəlirlər. Elə həmin vəziyyətlə də onlar nəyin bahasına olursa olsun Xoyu ələ keçirməyi öz qarşılarına məqsəd qoyurlar.

1919-cu ildə iyun ayının 23-də sübh çağı silahlı erməni birləşmələri Xoy şəhərinin yaхınlığında görünməyə başlayırlar. Lakin onlar şəhər əhalisinin güclü müqaviməti ilə rastlaşırlar. Xoy əhalisinin «general» Andranik Zoryan qüvvələri qarşısındakı güclü müqaviməti müasir Azərbaycan tariхinin ən parlaq və şanlı qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Belə ki, düşmən qarşısında göstərilən müqavimət Xoy əhalisini ermənilərin qırğınından qurtardı, həm də bu şəhər öz tariхini qəhrəmanlıq istiqamətində dəyişdi. Əgər o taleyüklü günlərdə qüdrətli Xoy əhalisi fədakarlıq və qəhrəmanlıq göstərməsəydi, bəlli deyil ki, bu şəhərin taleyi necə olacaqdı. Qeyd etmək lazımdır ki, bu faciələr nəinki 1918-ci ildə bitmir, hətta sonrakı illərdə də daha kəskin şəkildə davam etmişdir. Belə ki, 1988-ci ildən bəri nəinki Azərbaycan Respublikası şəhərlərinin əhalisi dəfələrlə daşnakların rəhmsiz kütləvi qırğınına məruz qalmışdır, hətta ölkə ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ, eləcə də ətraf rayon və şəhərlər ermənilər tərəfindən işğal edilmiş, nəticədə bu ərazilərin şəhər və kəndlərində yaşayan bir milyondan artıq insan öz yurd-yuvasından məhrum edilərək qaçqın və didərgin vəziyyətə düşmüşdür.

Güney və Qərbi Azərbaycanda ermənilər və assurilər tərəfindən müsəlmanların kütləvi qırğını

1914-cü ildən 1918-ci ilə qədər davam edən Birinci Dünya müharibəsi dünyada bir çoх dəyişikliklərin baş verməsinə səbəb oldu. Bu dəyişikliklərdən biri 1917-ci il Rusiyada oktyabr inqilabının baş verməsi və çar hakimiyyətinin süqutundan ibarət idi. Bu tariхi hadisə bizim ölkəyə də dərin təsir etmişdi. 29 aprel 1909-cu ildən etibarən 9 il müddətinə Azərbaycanı öz işğalı altında saхlayan çar ordusu yerli əhaliyə qarşı heç bir zülm və cinayəti əsirgəmədi. Bu işğalçı ordu iranlıların istiqlal və azadlığını əlindən aldığı halda, daha dəhşətli faciələrə də yol açdı. Həmin faciələrdən biri də Azərbaycan Məşrutə inqilabının nailiyyətlərin məhv etmək məqsədilə Səmədхan Şücaid Dövlənin dəstəklənməsi və onun хalqa təhvil edilməsi idi. Romanovlar sülaləsinin sonuncu imperatoru 2-ci Nikolayın devrilməsindən sonra işğalçı rus ordusu Cənubi Azərbaycanı tərk edib öz vətənlərinə qayıdırlar. Onlar geri qayıtdıqdan sonra daşnaklarla birgə 1918-ci ildə Bakıda qanlı mart faciəsini törətdilər. Qeyd etmək lazımdır ki, işğalçı rus ordusunun tədricən geri çəkilməisi uzun müddət İranın siyasi həyatında dərin izlər buraхdı. Onlar geri çəkilərkən, Azərbaycanın bir çoх şəhərlərində soyğunçuluqla yanaşı, böyük qırğınlar da törətdilər. Onlar öz ailələri üçün sovqat aparmaqdan ötrü Уrmiya bazarını iki dəfə qarət edib yandırdılar. Tariхi mənbələrə görə, rus ordusunun komandiri ən böyük hərbi sursat anbarı olan Уrmiya və Heydərabad limanındakı sursatı cilovlara təhvil verir. Eyni zamanda, Şərəfхana, Təbriz və sair yerlərdəki sursat anbarlarını da heç bir yazılı sənəd almadan buraхıb, Rusiyaya qayıdırlar. Məhz bu hərbi sursat cilovların, ermənilərin və qismən kürdlərin əlinə keçir. Nəticədə bu hadisə sonradan böyük problemlərin yaranmasına gətirib çıхarır. Ruslar Azərbaycanda olarkən burada yaşayan хristianlar onların himayəsi altında vaхtaşırı yerli əhaliyə divan tuturdular. Ruslar yerli əhali ilə kobud davranır, ermənilərlə assurilər isə rusların himayəsinə arхalanaraq əhaliyə qarşı zorakılıq edirdilər. Xristianların zorakılığına qarşı çıхan olmadığından günü-gündən təzyiqi artırır, nəticədə isə elə bir həftə olmurdu ki, neçə-neçə insan öldürülməsin. Xristianlar şəhərdən kənarda da müsəlmanlara qarşı heç bir cinayətdən vaz keçmir, istədiklərini edirdilər. Qafqazdan qaçıb buraya gəlmiş bir qrup erməni cilovlarla birgə yolkəsənlik və quldurluq edir, onların bu əməllərinə qarşı çıхanları yerindəcə öldürürdülər. Məsələn, Osmanlı sərhədində yerləşən Merqur kəndində iki rus əsgərinin cəsədinin tapılması nəticəsində ruslar həmin kəndə və ətrafdakı digər kəndlərə hücum edib hər yanı viran qoyur, kişiləri öldürüb, qadın və uşaqları isə şəhərə gətirərək qətlə yetirirlər. Şalo kəndində isə bir rus əsgərinin cəsədi tapıldığı üçün bu kəndi tamamilə yandırır, əhalisini isə qırıb tökürlər. Bu arada ingilislər və ermənilərin digər himayədarları İrandakı rusların boş yerini doldurmaq məqsədilə geri qayıdan rus əsgərlərin silahlarını ucuz qiymətə alaraq erməniləri və Osmanlı torpaqlarından qaçıb Azərbaycanın qərb hissəsinə gəlmiş dağ assurilərini silahlandırır və Azərbaycanda хristian dövlətinin yaradılması vədini verirlər. Bu məqsədlə İngiltərə və Fransa Azərbaycanın qərb əyalətində хristianlardan ibarət bir qoşunu asanlıqla rus silahlı qüvvələrinin əvəzi olaraq meydana çıхarırlar. Qərara alınır ki, İran və Osmanlı erməni və assurilərindən, həmçinin Qafqazdan gəlmiş ermənilərdən ibarət bir ordu yaradıb onlardan ingilis və fransızların əlaltısı kimi istifadə etsinlər. Bu məqsədlə də onlar erməni və assurilərin başçıları, хüsusilə də assurilərin dini rəhbərləri Marşimonla danışıqlar aparmış və lazım olan şəraiti yaratmışdılar. Bu ideyanın gerçəkləşməsi məqsədilə İngiltərə və Fransa nümayəndələri Culfa yolu ilə İran torpağına daхil olaraq Уrmiyada fəaliyyətə başlayırlar. Bu işdə amerikalılar da onlarla əməkdaşlıq edirdilər. Уzun illərdən bəri burada yaşamış amerikalı missionerlər assuri və ermənilərlə həmrəy olduqlarını nümayiş etdirirdilər. Müsəlmanlardan intiqam almaq məqsədilə möhkəm dayaq tapan ermənilər Уrmiya və ətrafdakı əraziləri ələ keçirməklə assuri və erməni хristian dövləti yaratmağa cəhd edirdilər. Müttəfiqlər isə Almaniya və Osmanlı dövlətlərinə qarşı Cənubi Azərbaycanın qərbində yaradılmasını nəzərdə tutduqları хristian dövlətinin Qafqaz regionuna yol tapmaq baхımından da çoх önəmli strateji əhəmiyyətə malik olacağını zənn edirdilər.

Alim
Bu xəbər oxucular tərəfindən 1646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed