14.01.2017 [11:49] - Gündəm, Sosial
Bu gün bir çox azyaşlılar valideyn məsuliyyətsizliyinin qurbanına çevrilib. Bu haqda danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev problemin səbəblərinə aydınlıq gətirib. O deyib ki, müxtəlif hallarda problemlərlə qarşılaşanda valideynlərin məsələyə reaksiyası da müxtəlif olur:
“Onların içərisində məsuliyyətlisi də olur, məsuliyyətsizi də. Bizim müxtəlif təhsil müəssisələrində keçirdiyimiz monitorinqlər təhsilə davamiyyət, işləyən uşaqlarla bağlıdır. Tez-tez müəssisələrdə oluruq. Elə olur ki, valideyn uşağı orta məktəbə təhsil almağa göndərir. Amma uşağın davamiyyəti, təhsili ilə maraqlanmır. Belə hallarla çox rastlaşırıq. Bəzi analar uşağı kiçik yaşından işləməyə göndərir, amma onun kiçik çiyinlərində nə qədər böyük yük olduğunu dərk etmir”.
O qeyd edib ki, hazırda avtotəmir sexlərində işləyən uşaqların sayı daha çoxdur:
“İşləyən uşaqların vəziyyəti ilə bağlı monitorinqlər keçirərkən avtotəmir sexlərində işləyən uşaqlara çox rast gəlirik. Əksəriyyəti işləməyindən valideyninin xəbəri olduğunu deyirdi. Amma valideynin xəbəri yoxdur ki, uşaq o sexdə hansı işlərlə məşğuldur, hansı ağırlıqda yük qaldırır. Təbii ki, valideynlər günün bir hissəsi işləyirlərsə, ya uşaqdan xəbəri olmur, ya da ondan məlumat almaq üçün vaxtı olmur. Bu da ayrıca bir problemdir. Amma istənilən halda uşaqları nəzarətsiz qoymaq olmaz”.
Komitə rəsmisi məsuliyyətsizliyin bütün valideynlərə şamil olunmasını doğru saymır:
“Mən deməzdim ki, bütün valideynlər məsuliyyətsizdir. Valideyn məsuliyyətsizliyi aşkarlanan zaman yerli icra hakimiyyətləri ilə birgə araşdırmalar aparırıq. Həmçinin, məsələ ilə bağlı qanunvericiliyə yeni təkliflər verilib. İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti gücləndirilib. Əgər valideyn uşağını avaraçılığa, dilənçiliyə sövq edirsə, o məsuliyyətə cəlb olunur, ona xəbərdarlıq edilir, aidiyyatı orqanlar valideynlə danışıqlar aparır. Bizim üstünlük verdiklərimiz təkvalideynli ailələrdir. Əgər ana övladını tək böyüdürsə, belə hallara o ailələrdə daha çox rast gəlinir”.
P.Əliyev bildirib ki, uşaqların tərbiyəsində xüsusilə anaların təhsili olması böyük önəm daşıyır:
“İstənilən halda təhsilin və dünyagörüşünün məsələyə təsiri var. Ailənin sosial durumu da burada böyük önəmə malikdir. Tək ana 3-4 uşaq böyüdürsə, eyni zamanda əmək fəaliyyəti ilə məşğuldursa, artıq istənilən halda uşaqların hamısına nəzarət etmək qabiliyyətini itirir. Təbii ki, ali təhsilli ananın övladına verdiyi tərbiyə ilə orta təhsili və ya ümumiyyətlə təhsilsiz ananın verdiyi tərbiyə arasında çox böyük fərq olacaq. Ali təhsilli ana daha nizamlı, sistemli olaraq tərbiyə işini qura bilir. Ancaq orta təhsilli ana həmişə bunu edə bilmir”.

Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |