04.04.2012 [12:56] - DAVAMın yazıları
Kim necə bilir elə də yozsun...
Aprelin 2-də Kəlbəcərin işğalının 19-cu ildönümüydü. Həmin günə həm Şəhidlər xiyabanını ziyarət və daha iki anım tədbiri nəzərdə tutulduğundan ölkənin müxtəlif media quruluşlarında çalışan kəlbəcərli jurnalistlərin İranın dini rəhbəri ayətullah Seyid Əli Xamneyiyə və Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinə ünvanladığı müraciətin adıçəkilən ölkələrin səfirliklərinə təqdim olunmasını bir gün sonraya saxlamışdıq. Müraciətlərin mətni olduqca qısa idi və hər ikisində İranın dini liderindən və Rusiyanın yeni seçilmiş prezidentindən xahiş olunurdu ki, təcavüzkara havadarlıqdan imtina etsinlər və Azərbaycanın haqq işinə yardımçı olsunlar. Beləliklə aprelin 3-də birinci olaraq İranın Bakıdakı səfirliyinin qarşısına toplaşdıq və qapıda dayanan iki polis zabitinə gəlişimizin məqsədini anlatdıq, heç bir şüar və ya çıxış səsləndirməyəcəyimizi, sadəcə əlimizdəki müraciəti səfirliyin istənilən bir əməkdaşına təqdim edib gedəcəyimizi bildirdik. Polislərimiz sağ olsunlar, dediyimiz kimi də etdilər və bu barədə əllərindəki telefon vasitəsiylə səfirliklə əlaqə saxladılar. Oradan bildirildi ki, kimsə çölə çıxmayacaq və müraciəti polislərə verək, onlar çatdırsınlar. Təbii ki, razı olmadıq və etirazımızı bildirdik ki, ondandırsa poçtla göndərərdik də, daha niyə əziyyət çəkib səfirliyin qapısınadək gələrdik. Qərəz, israrımızı görən polislər vəziyyətin nəzarətdən çıxa biləcəyindən və bəzi gənclərin artıq emosiyalarını cilovlamaqda çətinlik çəkməsindən ehtiyatlanaraq səfirliklə yenidən əlaqə saxladılar və bu zaman bir əməkdaş çox əsəbi şəkildə qapıya çıxaraq “bura nəyə yığışmısınız, biriniz gətirib verərdiniz də” deməklə kifayətlənməyib bir neçə dəfə çox emosional tərzdə “sizi Allaha tapşırıram” söylədi. Cavabını mədəni şəkildə verməyə məcbur olduq və bu “qonaqpərvər” iranlının diqqətinə çatdırdıq ki, Azərbaycanın və Allahın qanunlarına hörmət eləsin, müraciətimizin məzmunundan xəbərdar olmamış üstümüzə qarğış yağdırmasın. Oradan Rusiya səfirliyinə getdik və şimal qonşumuzun Bakıdakı təmsilçiliyi bizi qapıda gözlətmədi və müraciətimizi də verdik, şifahi olaraq gəlişimizin məqsədini də anlatdıq. Gülər üzlə bildirdilər ki, hökmən həmin müraciət lazımi ünvana çatdırılacaq və bu barədə bizi məlumatlandıracaqlar. Açığı, iranlı “dost”umuzun nəinki diplomata, ən əsası bir müsəlman kişisinə yaraşmayan “nəzakəti” şəxsən məni yaman narahat elədi və öz-özümə düşündüm ki, onun bu davranışını cavabsız qoymayım. Elə oradaca yazıya hansı başlıq qoyacağımı müəyyənləşdirdim və budur, səfirlik önündəki qarmaqarışıq ovqatın məhsulu olan bu cızmaqaram hüzurunuzdadır.
Doğrusu, iranlı “dost”umuzun Allahın adını bu qədər gen- bol kullanması mənə toxunmuşdu və hətta az qala üzərinə yeriyib soruşacaqdım ki, ay adam, sənə bu haqqı kim verib ki, ağzını Allah yoluna qoyub bizə qarğış edirsən? Sənə “azar” demədik, “çor” demədik, soğan yeməmisən için nədən göynəyir, niyə belə xoflusan? Əlbəttə, ola bilsin rəhbərlikdən onlara bu cür təlimat verilib və bu cür qabalığa görə Tehrandan həmin cənaba “malades” mesajı gəldi. Ancaq mən tam əminəm ki, onun bu davranışı Allahın xoşuna getməyəcək və o etdiyi qəbahətə görə Rəbbimizin qarşısında cavab verəcək. Yeri gəlmişkən, mən dərhal ilahiyyatçı alimlərimizə müraciət edərək “sizi Allaha tapşırıram” xəbərdarlığının qarğış və ya dua olmasına aydınlıq gətirmələrini rica etdim. Hacı İlqar İbrahimoğlu bildirdi ki, baxır həmin sözləri hansı ovqatda deyirlər. Əgər razılıq əlaməti və ya alqış olaraq belə deyilirsə, ondan narahat olmaq lazım deyil. Ona başımıza gələnləri anlatdıqda Hacı İlqar bildirdi ki, həmin cənab sizə qarğış edib, ancaq günahsız yerə edilən qarğış onu dilə gətirənə qayıdır. İslam Universitetinin dekanı, dostumuz Hacı Fuada da sualımın niyyətini bildirdim və o da bəyan elədi ki, həmin cənab bu sözləri mənfi niyyətlə söylədiyindən onu dua kimi qəbul etmək doğru deyil. Qərəz, bu qənaətə gəldim ki, həmin cənabı bizə etdiyi hörmətsizliyə görə millətin hüzurunda Allaha tapşırım, ancaq bundan vaz keçdim və qərara aldım ki, nə çox İranda bunun kimi zavallı, ona görə də elə bütün İranı Allaha tapşırım ki, bəlkə könüllərinə mərhəmət toxumu səpə, yoxsa hamısı bu cür xofun və nifrətin burulğanında məhv olacaq...
Zülfüqar Hüseynzadə

Bu xəbər oxucular tərəfindən 1639 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |