Şrift:
Alparslan Türkeşin vəfat günüdür. (Onun həyat yolu)
04.04.2012 [13:22] - Xəbərlər, Türk dünyası-Turan
Bu gün onu doğulduğu yavru vətənində (Şimali Kiprdə), yaşadığı ana vətənində (Türkiyədə) və ruhunun vətənində (Azərbaycanda) tez-tez anırlar

O, XX əsrdə Türkiyənin siyasi həyatına damğa vurmuş şəxslərdən biridir. Şöhrətinə, nüfuzuna, özündən sonra qoyub getdiyi siyasi irsinə görə ölkənin prezidenti və baş naziri postlarını tutmuş bir çox siyasi xadimlərdən daha parlaqdır. Halbuki o, dövlətdə heç vaxt ən böyük vəzifələri tutmayıb, yalnız baş nazirin müavini olub. O, heç general rütbəsi də almayıb, ancaq polkovnik ola-ola generallara böyüklük edib.

Söhbət əfsanəvi başbuğdan, Alparslan Türkeşdən gedir. O, özlərini Türkiyənin, türk dünyasının, millətin və dövlətin qoruyucuları bilən, əsas şüarları "ülküsü olmayanın ölkəsi olmaz" olan "bozqurdlar"ın böyül lideri, Azərbaycanın böyük dostuydu. Onun üçün Şimali Kipr, Türkiyə və ya Azərbaycan ayrı-ayrı üç dövlət deyildi, bu üç dövləti vahid görür, üç qardaş deyə tanıyırdı. O, bu xüsusda çox səmimiydi. Vəfatından keçən bunca illərdən sonra onu doğulduğu yavru vətənində (Şimali Kiprdə), yaşadığı ana vətənində (Türkiyədə), tez-tez anıldığı ruhunun vətənində (Azərbaycanda) sevimli edən məhz budur.

Alparslan Türkeşin vəfat günüdür. (Onun həyat yolu)Aprelin 4-ü onun vəfatının 15-ci ildönümüdür. Bu, 15 ildə o, millətsevər, vətənpərvər insanlar tərəfindən bir gün belə yaddan çıxmadı, həmişə anıldı, həmişə ehtiramla xatırlandı.

Alparslan Türkeş 1917-ci il noyabrın 25-də Kiprdə, Lefkoşa şəhərində doğulub. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçüb. 1936-cı iləd Kuleli hərbi məktəbindən leytenant rütbəsiylə məzun olub. 1940-da Geliboludaki 58-ci piyada alayında vzvod komandiri vəzifəsində xidmət edib

1944-cü ildə baş leytenant rütbəsindəykən yazıçı Nihal Atsızla birlikdə "İrqçılık-Turancılıq" ittihamıyla mühakimə olunub, 9 ay 10 gün Topxana hərbi həbsxanasında yatıb. 1945-ci ildə hərbi tribunalın qərarı ilə azadlığa buraxılıb, 1947-ci ilə bəraət alıb və təkrarən orduya dönüb.

1955-ci ildə Türkeş Hərbi Akademiyanı bitirib. Daha sonra ABŞ-a göndərilib və orada hərbi akademiya və piyada məktəbini qurtarıb. 1955-1957-ci illər arasında Vashinqtonda NATO-nun daimi komitəsində Türkiyə Müdafiə Nazirliyinin nümayəndəliyində çalışıb. 1959-cu ildə Almanyada Atom ve Nüvə məktəbinə göndərili və buradakı təhsilindən sonra polkovnik rütbəsi alıb.

1960-cı il çevrilişindən sonra bir sıra zabitlərlə birlikdə Alparslan Türkeş də ordudan təqaüdı çıxarılaraq Hindistandakı səfirliyə müşavir vəzifəsinə göndərilib. Sürgündəykən MBK başqanı Cemal Gürselə məktub yazaraq Yüksək Ədalət Divanında mühakimə olunan sabiq baş nazir Adnan Menderesin və onun yaxınlarının edam edilməsinin doğru olmayacağını bildirib.

Alparslan Türkeşin vəfat günüdür. (Onun həyat yolu)1963-də ölkəsinə qayıdıb. Siyasətə atılıb. Dostları ilə birlikdə Cümhuriyyyətçi Kəndli Milllət Partiyasına daxil olub. 1965-ci ildə partiyanın sədri olub. Millət vəkili seçilib. 1969-cu ildə CKMP-nin Milliyətçi Hərəkat Partiyasına (MHP) çevirib.

1975-ci ildən sonra "Milliyyət cəbhə" adı verilən koalisiya hökumətlərində baş nazirin müavini olub. 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib, 4.5 il məhbus həyatı yaşayıb.

1987-ci ildə siyasətlə məşğul olmaq yasağı götürüldükdən sonra yenidən MHP-yə daxil olub. Qurultayda partiyanın sədri seçilib, Yozqatdan millət vəkili seçilərək yenidən parlamentin üzvü olub.

1997-ci ildə, aprelin 4-də 80 yaşındaykən vəfat edib.

Bu, bütün şüurlu həyatı 20-ci əsrin qeyri-stabil siyasi həyata malik Türkiyəsində təlatümlərdə, hərbi çevrilişlərin iztirablı dönəmlərində keçən Türkeşin ömür yolunun qısa məcmusudur. Onun həyatının bir hissəsi də xaricdə təhsildə və sürgündə, daxildə məhbəsdə keçib.

1992-ci ildə Azərbaycanda milli-demokratik qüvvələr hakimiyyətə gələndə buna ən çox sevinən, ölkəmizə gələrək prezident Elçibəyə dəstək verən, qardaş Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri elan edən ilk türkiyəli siyasətçi məhz Türkeş idi.

Alparslan Türkeşin vəfat günüdür. (Onun həyat yolu)Ona görə də onun işıqlı xatirəsi ölkəmizin vətənpərvər kəsiminin qəlbində daima yaşayacaq.

N.Asifli
Bu xəbər oxucular tərəfindən 1655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed