16.01.2017 [14:37] - İqtisadiyyat
BMT-nin Avropa İqtisadi Komissiyasının dəstəyi, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən BMT-nin Cenevrə bölməsinin Millətlər Sarayında “Enerji sahəsinin keçmişdən gələcəyə doğru inkişaf yolu: Azərbaycan obyektivdə” mövzusunda fotosərgi keçirilir.
Yanvarın 25-dək davam edəcək sərgi yaşıl iqtisadiyyata keçid istiqamətində Avropa regionu ölkələri tərəfindən göstərilən səylərin əyani nümayiş etdirilməsi məqsədi ilə təşkil olunub və Dayanaqlı İnkişaf Məqsədlərinə aid olan insanın həyat şəraitinin yaxşılaşdırılması, ekoloji vəziyyətin və alternativ enerji sektorunun inkişaf etdirilməsi mövzularına həsr olunur. Sərgidə Azərbaycanda enerji sektorunun XIX əsrdən bu günədək keçdiyi inkişaf yolunu, həmçinin ölkəmizin mədəniyyəti, tarixi abidələri və təbiətini əks etdirən fotolar nümayiş etdirilir.
Sərginin rəsmi açılış mərasimi BMT-nin Avropa İqtisadi Komissiyasının Davamlı Enerji Komitəsinin növbəti sessiyası çərçivəsində yanvarın 19-da Millətlər Sarayında keçiriləcək. Açılış mərasimindən sonra sessiya iştirakçıları, BMT nümayəndələri və diplomatik nümayəndəliklər üçün rəsmi ziyafət təşkil olunacaq.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |