Şrift:
Bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq
16.01.2017 [14:43] - Gündəm, İqtisadiyyat
Bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq.

İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda digər təkliflərə də baxılır. 2-3 il ərzində artıq Azərbaycanda bir neçə zavod dərman istehsalına başlayacaq. Bu gün Azərbaycanda dərman idxalı 100 faiz təşkil edir. Təxminən 2-3 il ərzində bu mənzərə tamamilə dəyişəcək.

Ş.Mustafayevin sözlərinə görə, zavodların açılışı ölkədə dərmanların qiymətinin aşağı düşməsinə də səbəb olacaq.

Gələcəkdə İranla əməkdaşlığın genişləndirilməsi sayəsində bir neçə layihənin həyata keçirilməsi üçün müzakirələr aparılır. Bunlardan biri avtobus istehsalı, kənd təsərrüfatı texnikasının istehsalı zavodunun inşası məsələləridir.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed