Şrift:
Gələn il Azərbaycan dövlət büdcəsində mədəniyyət və incəsənət sahəsinə 250 milyon manat vəsait ayrılması nəzərdə tutulur
12.10.2011 [15:42] - Mədəniyyət
2012-ci il üçün dövlət büdcəsi layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 250,2 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Maliyyə Nazirliyindən verilən xəbərə görə, bu barədə 2012-ci il dövlət büdcəsi layihəsində qeyd edilib. Qeyd olunan vəsait 2011-ci illə müqayisədə 35,7 milyon manat və yaxud 16, 6 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 81, 8 milyon manat və ya 48, 6 faiz çoxdur. Həmin bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz təşkil edir ki, bu da 2011-ci illə müqayisədə 0,2 faiz çoxdur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 122,7 milyon manatı və ya 49,0 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 58,2 milyon manatı və ya 23, 3 faizi radio, televiziya və nəşriyyat xərclərinə, 69,3 milyon manatı və ya 27, 7 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək. 2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahə üzrə bir sıra dövlət proqramlarının və təbirlərin maliyyələşdirilməsi nəzərdə tutulub.

Gələn il “Azərbaycan teatrı 2009-2019-cu illər” Dövlət Proqramı”nın tətbiqi ilə bağlı 9,1 milyon manat, “Azərbaycan kinosu 2008-2018-ci ilər üzrə Dövlət Proqramı”nın icrasına 6,5 milyon manat, mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3,0 milyon manat, mədəniyyət obyektlərinin yenidən qurulmasına və əsaslı təmirinə 3,0 milyon manat, xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 4,7 milyon manat ayrılacaq.
Bu xəbər oxucular tərəfindən 1287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed