04.04.2012 [16:28] - Türk dünyası-Turan
Onlar Alp Arslan Türkeş haqqında
Aprelin 4-ü Türk Dünyasının önməli isimi, türk millətçilərinin əfsanəvi lideri, başbuğu, XX əsrdə Türkiyənin siyasi həyatına damğa vurmuş Alp Arslan Türkeşin vəfatının 15-ci ildönümüdür. Milliyyətçi Hərəkat Partiyasının qurucusu və lideri Arpaslan Türkeşin yaxın qoruması olmuş, 1992-93-cü illərdə Azərbaycan torpaqlarının erməni işğalçılarından qorunması uğrunda döyüşlərdə də iştirak etmiş Yusuf Ziya Arpacık və MHP-li millət vəkili Atilla Kaya Alp Arslan Türkeşlə bağlı fikirlərini Türkiyədən “Yeni Müsavat”la bölüşdülər.
Yusuf Ziya Arpacık: “Sayın Alparslan Türkeş Adriaktikdən Çin səddinə kimi uzanan çox geniş bir coğrafiyaya yayılan uca türk millətini şüurlandırmaq və qohumluq bağlarını genişləndirməklə, böyük bir təşkilat qurdu. Bu təşkilat Kərkükdə yox olmaqda olan türkləri qurtardı... Hər zaman türk millətinin yanındaydı. Alparslan babalarımızdan bizə qalan o mirası bizə qədər sağlam bir şəkildə, Türk coğrafiyasına yayaraq, bu günlərə qədər daşıdı O, yaşasaydı Türk dünyasındakı mövcud sıxıntıların heç biri olmayacaqdı. Bizim üçün onun yoxluğu böyük bir itkidir. Allaha şükür olsun tələbələri onun müqəddəs yolu ilə gedir və idealarını yaşadır”.
Millət vəkili Atilla Kaya: “Aprelin 4-də mərhum Alparslan Türkeşin haqqa yürüşünün 15-ci ildönümünü məzarı başında anacağıq. Türk millətçiləri olaraq rəhmətli Baş Buğa olan vəzifə borcumzu yerinə yetirəcəyik. O, türk siyasi həyatında çox önəmli isimlərdən biri idi. Türkiyənin olduqca çətin vaxtlarında, soyuq savaşın ölkəmizdə cəryan etdiyi bir dönəmdə türk millətçi hərakatını yaratmaq və ona başçılıq etməklə tarixdə olduqca önəmli bir addım atdı. O, milli və mənəvi dəyərlərə bağlı gənclərə çox böyük önəm verdi. Nəticədə ölkəsinə, millətinə bağlı gəncliyin yetişməsinə vəsilə oldu. Onun yetişdirdiyi gənclik, həyatlarının bütün dövrlərində türk millətinə xidmət etdi. İndi də bu proses davam edir. Onun ən böyük xidməti digət türk dövlətlərində insan haqlarının bərqərar olmasında apardığı mübarizədir. Bu yolda o, çox böyük mübarizə verib, çox böyük əzab çəkib. Amma, zaman onun bu yücə türk milləti üçün hansı böyük işləri etdiyini göstərdi”
Qeyd edək ki, Alparslan Türkeş dış türklərin – Türkiyə xaricindəki soydaşlarının içərisində Azərbaycan türklərinə böyük önəm verirdi. Onun mərhim prezident Ə. Elçibəylə yaxın dostluğu vardı. Məhz onun sayəsində və tapşırığı əsasında 1992-93-cü illərdə ordudakı və MHP-dəki milliyyətçi zabitlər, gənc döyüşçülər Azərbaycana gəlmiş, burada milli hökumətlə anlaşaraq, hərbi düşərgə qurmuşlar. Atilla Qayanın, Yusuf Ziya Arpaçıqın, Naim Aydoğdunun, Həmid İltaş,Yıldıray Yeka, Ali Çolak, Ahmet Şengül, Abit Tokatlı və başqa canfədailərin iştirakı ilə sərhəd rayonu olan Tovuzda qurulmuş “Rüzgar” hərbi düşərgəsi müharibənin gedişində mühüm rol oynamış, erməni ərazisində bir sıra əhəmiyyətli əməliyyatlar keçirmişlər.
Alparslan Türkeşi Azərbaycan türkləri də sevir və onun əziz xatirəsini minnətdarlıqla anırlar.
Fərahim İLQAROĞLU

Bu xəbər oxucular tərəfindən 1313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |