Şrift:
Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq
16.01.2017 [14:46] - Gündəm, Bildiriş
Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş vermiş təyyarə qəzası ilə əlaqədar xatirə kitabı açılacaq.
Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovun verdiyi məlumata görə, xatirə kitabı səfirlikdə yanvarın 17-də saat 10:00-dan 17:00-dək, yanvarın 18-də isə saat 10:00-dan 14:00-dək açıq olacaq.
Bundan başqa, ölkədə elan edilmiş matəmlə əlaqədar səfirlikdə dövlət bayrağı endirilib.
Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbinə görə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində 37 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed