Şrift:
"Neft Daşları" yatağı üçün yeni platforma tikilib
16.01.2017 [14:49] - İqtisadiyyat
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 620A saylı stasionar dəniz platformasının tikintisi başa çatdırılıb.

8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2520 kvadrat metr, çəkisi isə 2398 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. 7 dayaq bloku, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib, işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıqlar quraşdırılıb.

Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan sutkada 105 ton neft və 160 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed