Şrift:
ERMƏNİ SƏRSƏMLƏMƏLƏRİNƏ SON QOYMALI
04.04.2012 [18:56] - DAVAMın yazıları
I yazı

“Erməni qətliamı” barədə erməni sərsəmləmələri


Törədilməmiş “erməni qətliamı” barədə erməni uydurmaları durmadan dünya xalqlarının beyninə yeridilməkdədir. Erməni uydurmalarına, yaxud erməni sərsəmlə¬mələrinə görə, 1915-ci ilin 24 aprelində Osmanlı imperiyasında dinc ermənilər türklər tərəfindən kütləvi şəkildə qətlə yetirilib. Artıq 100 ilə yaxındır ki, ermənilər eyni yalan çarxını təkrar-təkrar fırlatmaqdan nə usanır, nə də utanırlar. Lakin bu hadisələrin tarixi faktlara söykənərək araşdırılması erməniləri həmişə məyus edib və bu gün də etməkdədir. Odur ki, ermənilər münaqişənin elmi yolla araşdırılmasından, bir qayda olaraq, qaçırlar. Lakin öz yalan və uydurmalarını da təkrarlamaqdan əl çəkmir, təbliğat maşınlarını bir dəqiqə belə dayandırmırlar. Zaman-zaman erməni təbliğatına uyanlar, susan haqlının deyil, bağıran haqsızın dediklərinə inananlar tapılır. Belələri kimin haqlı, kimin haqsız olduğuna aydınlıq gətirmədən ermənilərin nalə və fəryadları altında saxta rəhmdilliliklərini cilovlaya bilmirlər.
Bütün bunlara baxmayaraq, möv¬cud tarixi faktlar Osmanlı imperiyasında heç bir qətliamın olmadığını sübut edir.

“Erməni qətliamı” barədə tarixi həqiqətlər

Çılpaq həqiqət budur ki, ermənilər 400 il Osmanlı imperiyasında çox rahat güzəran sürmüş, türklərdən və digər müsəlman xalqlardan (kürd, ərəb və s.) heç bir pislik görməmişlər. Hətta Dövləti Aliyədə vəzir əl-əzəm dərəcəsinə çatanları da olub. Məsələn, onlardan biri Həsən Meruyan sonralar Fransaya qaçaraq türk “tədqiqatçısı” olmuşdur. Buna baxmayaraq, erməni xislətindən irəli gələn ürəyi xıltlılıq onlarda yanaşı yaşadıqları başqa xalqlara, o cümlədən də türklərə qarşı paxıllıq hissi¬nin tədricən alovlanmasına və vulkan kimi püskürməsinə səbəb olmuşdur. Yaxşılığa yamanlıq ermənil¬ərin alın yazısıdır. XVIII əsrin sonundan, yəni osmanlıların 1683-cü il Vyana məğlubiyyəti və 1684-cü ildə Polşa, Malta və Venesiyanın iştirakı ilə “Leyqıddıs liqa” yaranması ilə Avropada təhsil almış erməni ziyalıları milliyyətçi ideologiya¬sına yiyələnərək nəyin bahasına olursa olcun, Sərqi Anadolunu zorla ələ keçirib müstəqil erməni dövləti yaratmağı qarşılarına məqsəd qoydular və planlı şəkildə fəaliyyətə keçdilər. Bunun nəticəsi olaraq əvvəlcə siyasi partiyalar yaratdılar. Bu partiyalardan ən nüfüzlusu Rusiya erməniləri arasında yaradılmış Daşnaqsutun idi. Daşnaqsutun nisbətən mükəmməl proqrama malık idi və öz proqramını “ağılla” həyata keçirirdi. Daşnaqsu¬tun öz sıralarında on minlərlə erməni birləşdirirdi. 1894-1909-cu illərdə dəfələrlə Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında baş verən qanlı müharıbələr zamanı Şərqi Anadoluda və imperi¬yanın başqa əyalətlərində Daşnaqsutun partiyası rusların qələbəsini təmin etmək məqsədilə üsyanlar təşkil etsə də, hər dəfə böyük itkilər verərək qaçıb rusların arxasında gizlənmişlər. Şübhəsiz, bu döyüşlər zamanı türklər və digər müsəlmanlar arasında da qurbanlar çox olurdu. Bəzi döyüşlər zamanı minlərlə müsəlman öldürülürdü. Nəhayət, ermənilər başa düşdülər ki, istədiklərinə təkbaşına nail ola bilməyəcəklər. Odur ki, imperiyanı Avropa ölkələri ilə müharibəyə çəkməyə çalışdılar. Lakin imperiyanın ehtiyatlı davranışı belə bir toqquşmanın reallaşmasına imkan vermədi. 1914-1915-ci illərdə Osmanlı imperiya¬sının başı yenidən Rusiya imperiyası ilə müharibəyə qarışarkən, erməni silahlı dəstələri (onlara rus zabitləri yaxşı təlim keçmiş, Rusiya, Fransa və digər Avropa dövlətləri o zamankı ən müasir silahlarla, hətta pulemyotlarla silahlandırmışdılar) Anadoluda (Oslanlı qoşunlarının arxasında) dinc əhalını – uşaqları, qadınları, qocaları qırmağa başlamış, lakin təcili Rusiya ilə döyüşən bütöv bir diviziyanın hadisə yerinə gətirilməsi erməni üsyançıla¬rının darmadağın edilməsi ilə nəticələnmişdir. Diviziyanın döyüşdən ayrılması Şərqi Anadolunun ruslar tərəfindən zəbt edilməsinə imkan yaratdı. Üsyançıların sayı 50 mindən artıq idi. Onlar əsasən Osmanlı ordusunda xidmət etməkdən boyun qaçırmış yerli fərari erməni gəncləri və erməni inqilabına kömək etmək məqsədilə Rusiyadan gəlmiş ermənilər idi. Erməni yaraqlıları daha çevik hərəkət etmək üçün partizan dəstələri təşkil etmiş və sözün həqiqi mənasında, ölkənin bir neçə əyalətini cəhənnəmə döndərmişdilər. Ermənilər Van əyalətində misli görünməmiş vəhşiliklər törətdilər. 1915-ci ilin martında bütün Van əyaləti alov içində idi. Erməni partizanları onlarla kürd kəndlərini darmadağın etmişlər. Əvəzində kürdlər də erməni kəndlərinə hücuma keçmişlər. Millətlərarası qırğın xarakteri alan bu faciə nəticəsində hər iki tərəfdən külli miqdarda insan tələfatı oldu. Aprel ayında ermənilər böyük qüvvə ilə Van şəhəri üzərinə yeridilər. Bu zaman Van kiçik bir qüvvə ilə qorunurdu. Aprelin 13-də Vanda ermənilərlə osmanlılar arasında böyük toqquşma baş verdi və aprelin 20-də üsyançılar Vanı ələ keçirərək 3000-ə qədər mülki vətəndaşı məhv etdilər. Osmanlı diviziyası Vana çatanda ermənilər bütün şəhərə nəzarət edirdilər və ruslar gələnə qədər şəhəri öz əllərində saxlaya bildilər. May ayının axırlarında qabaqda Qafqaz erməni hissələri olmaqla rus ordusu Vana daxil oldu. Erməni əsilli şəxs qubernator təyin edildi və bütün erməniləri inandırdılar ki, onlar yeni Ermənistana yığışmalıdırlar. Yüz minlərlə erməni müxtəlif yerlərdən köçüb rusların zəbt etdikləri ərazilərə toplaşdılar. Oralarda yaşayan bütün müsəlman əhali qaçmağa məcbur oldular. Lakin ermənilərin sevinci uzun sürmədi, tezliklə osmanlıla¬ra əlavə kömək gəldi və onlar Vanı azad etdərək rusları şimala sıxışdırdılar. Rus qoşunlarının dalınca bütün erməni əhali qaçıb getdi. Van şəhərində baş verən dəhşətlər Bitlisdə və başqa şəhərlərdə də təkrar olundu. Müsəlman millətindən olan qoca, qadın, uşaqların ovu təşkil olunmuşdu, onları elə küçələrdəcə öldürürdülər. Bir sözlə, ruslar və ermənilər tərəfindən öldürülən insanların, dağıdılan evlərin, məscidlərin və başqa tikililərin sayı-hesabı yox idi. Şəhərlər əsl xarabalıqlara çevrilmişdi. Bir neçə uğursuzluqdan sonra ruslar Şərqi Anadolunun uzaq rayonlarını 1915-ci ilin sonlarına qədər əllərində saxladılar. 1916-cı ilin yanvarında ruslar osmalıları məğlub edərək qərbə doğru irəlilədilər. 1916-cı ilin aprelində ruslar Şərqi Anadolunun böyük hissəsinə (Trabzon, Ərzurum, Maş, Bitlis, Van və s.) nəzarət edirdilər. Əlbəttə, rusların qələbəsi həm də ermənilərin qələbəsi idi. Bu zaman ermənilər saysız-hesabsız müsəlman qırdılar. Bu müsəlmanların əksəriyyəti kürd millətindən idi. Şəhərlər əldən-ələ keçərkən ya müsəlmanlar, ya da ermənilər qaçıb canlarını qurtarmalı olurdular. Osmanlı komissi¬yasının hesablamalarına görə ruslar tərəfindən zəbt olunmuş rayon¬lardan 850 000 qaçqın qeydə alınmışdı. Ermənilər hər şeyi dağıdır, qırır, əllərinə keçən insanları amansızcasına məhv edirdilər. Bu döyüşlərdə imperiya ərazisində yaşayan və orduda xidmət edən bütün xalqlar ciddi tələfat vermişlər. `
Beləliklə, I dünya müharibəsi zamanı döyüş meydanlarında və müsəlman-erməni qırğınları nəticəsində Şərqi Anadoluda məhv edilən müsəlmanların və ermənilərin sayını dəqiqləşdirmək mümkün deyil. Müharıbə ərzində qırılan insanların hesabı aparılmayıb, həm də qaçqın ermənilər müharibədən sonra evlərinə qayıtma¬yıblar. Döyüşlər getmiş ərazilərdə müharibədən sonra əhalinin sayı 50-60% azalmışdı. Bununla belə, o vaxtkı siyahıyaalma sənədləri və digər faktlar 600 minə qədər erməninin və 2,5 milyon civarında müsəlmanın qırıldığını güman etməyə imkan verir. Hər iki tərəfdən qırılan insanların xeyli hissəsi aclıq və xəstəliklər üzündən məhv olmuşdular. Lakin ermənilər tarixi faktları tamamılə təhrif etmiş və bu döyüşlər zamanı türklərin 1,5 milyon erməni qırdığını dünyaya car çəkmişlər. Müharibədən əvvəl aparılmış siyahıyaalmaların nəticələrinə görə I Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasında cəmi 1,2 milyon erməni yaşayırmış. Onların da 400 mini hələ I Dünya müharibəsi başlanmazdan Şərqi Anadoludan köçürülmüşdu. Elə 200 000 erməni təkcə Suriyaya deportasiya olunmuşdu. Onu da qeyd edək ki, 10 minlərlə erməni müharibə vaxtı aclığa, xəstəliklərə dözməyərək Osmanlı imperiyasını özbaşına tərk etmişdilər. Hörmətli oxucunun diqqətini çox vacib bir fakta da yönəltmək istərdik. Əgər “erməni qətliamı” olsaydı müharibədən sonra imperiya ərazisində bir nəfər də olsa erməni qala bilərdimi? Türklər “erməni qətliamı”nı erməni¬lərin hansı kriteriya¬larına görə həyata keçirməli idilər ki, onların 50%-i öldürül¬sün, digər 50%-i isə sağ-salamat qalsın. Belə qətliam olmur, cənab Avropa, qətliam bir ölkənin bütün ərazisində ucdantutma, yaxud ələ keçirilən bir şəhərdə, kənddə konkret bir xalqın nümayəndələrinə qarşı həyata keçirilən kütləvi qırğına düyilir. Necə ki, alman faşistləri II Dünya müharibəsi zamanı Almaniya ərazisində yəhudiləri qırmışlar. Necə ki, erməni faşistləri 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərinin başına faciələr açdılar. I Dünya müharibəsindən sonra Osmanlı imperiyasında 100 minlərlə erməni yaşayırdı. Bu gün də Türkiyə Cümhuriyyətində 500 min erməni ölkənin eynihüquqlu vətəndaşı kimi yaşayır, arxayın həyat sürür və xaricdə yaşayan soydaşlarının türklərə atdıqları böhtanlardan, uydurmalardan xəcalət çəkir, onları xəcalət çəkməyə məcbur edənləri lənətləyirlər.

“Erməni qətlia¬mı” barədə dünya tarixçilərinin tədqiqatları“

“Erməni qətlia¬mı”nın erməni sərsəmləməsi olması dünyanın tanınmış tarixçi alimləri tərəfindən artıq sübuta yetirilmişdir. ABŞ-da Castin Makkarti, Karolin Makkarti, Brüs Feyn, Ceyms Cerrard, İngiltərədə Samuel Uilms, Fransada Jorj de Malevil, Avstriyada Erik Fayql, Gürcüstanda Quram Marxuliya, Feliks Sersivadze, Rusiyada Arkadi Yarovoy, Yevgeni Boqaç və digər ölkələrdə alimlərin araşdırma¬larında problem öz obyektiv həllini çoxdan tapıb. Lakin ermənilər bütün tari¬xi həqiqət¬lərə məhəl qoymadıqları kimi, bu alimlərin elmi dəlilləri üzərindən də sükutla keçirlər.
İstər-istəməz belə bir sual yaranır, nə üçün bəzi dövlətlər tarixi faktları daha dərindən araşdırmaq, ağ üzlə qara üzü fərqləndirmək əvəzinə, genetik determinasiya olunmuş erməni saxtakarlığına həvəslə qulaq asır, rəvac verir, Türkiyəyə böhtan atanların tərəfinə keçir, yalanın ayaq tutmasına kömək edirlər? Əvvəla, həmin dövlətlər unudurlar ki, yalan ayaq tutar, ancaq yeriməz. Digər tərəfdən də, bir qrup dövlətin əsas məqsədi Türkiyəni qınaq obyektinə çevirmək, onun başını qatmaq, imkan düşsə beynəlxalq konfliktlərə çəkmək, bütövlükdə bir müsəlman dövləti olaraq sürətli inkişafını ləngitməkdir. Türkiyə Cümhuriyyətinin müəy¬yən həddən o yana inkişaf edib güclənməsi bəzi dövlətləri narahat edir.

Ermənilərin Qədim Azərbaycan torpaqlarına yerləşdirilməsi

Erməni məmbəinin məlumatına görə hazırda dünyada 10 milyona qədər erməni var. Ermənistanin 3 milyona qədər əhalisindən 1 milyondan da azı Yerevanda yaşayır. Onların hamısı müxtəlif vaxtlarda Ermənistana – qədim Azərbaycan torpaqlarına köçürülmüşlər. Azərbay¬cana ilk erməni yalnız 1445-ci ildə gəlib. O vaxta qədər Azərbaycana erməni ayağı dəymə¬mişdi. XIX əsrin əvvəllərində Azərbaycanın İrəvan xanlığını ələ keçirən Çar Rusiyası buraya xeyli sayda erməni köçürüb və Goyçə ilə İrəvan arasında 10 min km2 sahəsi olan erməni vilayəti yaradıb. O zaman ermənilərin köçürülməsində şəxsən iştirak etmiş Rusiya diplomatı N.N.Şavrov yazır ki, 1828-1830-ci illərdə Türkiyədən 80, İrandan isə 40 min erməni gətirib İrəvan və Yelizavetpolun (indiki Gəncənin - B.X.) ən münbit torpaqları və mülayim iqlimi olan əyalətlərində məskunlaşdırdıq. O zaman¬lar erməniləri onların əcdadlarına məxsus olmayan torpaqlara köçürmək elə də asan olmamışdı. Dünyaya səpələnmiş erməniləri özgə torpaqlarına – qədim Azərbaycan torpaqlarına dilə tutmaqla, boyük vədlər verməklə, güzəştlər etməklə köçürürdülər. 1918-ci il mayın 29-da Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinə göstərilən xarici təzyiqlərdən sonra İrəvan ermənilərə paytaxt kimi verilir. Ermənilər İrəvan şəhərini yenidən quraraq özlərinin paytaxtı – Yerevana çevirdilər. 1922-ci ildə Sovet Rusiyasının sayəsində qədim Azərbaycan torpaqlarında Ermənictan SSR yaradıldı və xaricdən on minlərlə erməni bu torpaqlara köçürüldü. II Dünya müharibə¬sindən sonra Sovet İttifaqı ermənilərin daha bir genişmiqyaslı köçürülmə proqra¬mını həyata keçirdi. Bu, o zaman idi ki, yerli Azər¬baycan türklərini min illərlə yaşadıqları ata-baba torpaqlarından zorla Azərbaycan SSR-in müxtəlif aran rayonlarına köçürürdülər. Qərbi Azərbaycan (Ermənistan) kimi dağlıq zonada yaşamış insanların xeyli miqdarı aranın iqliminə adaptasiya edə bilməyib vaxtından əvvəl dünyalarını dəyişdi. Bu da bir növ qətliam idi. Bu qəliamın bütün məsuliyyəti Baş katib İ.V.Stalinlə o zaman SSRİ Nazirlər sovetinin sədri işləmiş A.İ.Mikoyanın boynundadır. O illərdə ermənilərə, hətta vəd olunmuşdu ki, tezliklə Şərqi Anadolu ilə birlikdə Qars, Ardağan, Van, Ərzurum, eləcə də Ağrı dağı müharibə yolu ilə Türkiyə¬nin əlindən alınıb onlara veriləcək (Ermənistana qatılacaq). Hətta gələcək Qərbi Ermənistan (ermənilər şərqi Anadolunu Qərbi Ermənistan hesab edirlər – B.X) vilayətinin birinci katibi də təyin olunubmuş, Türkiyə ərazisində fəaliyyət göstərməli olacaq təxribatçı dəstələr də hazırlanıbmış. Lakin elə bu zaman soyuq müharibə dövrü başlayır, NATO yaradılır, Türkiyə tezliklə bu təşkilatın üzvü olur və beləliklə də, ermənilərin arzusu gözündə qalır.
Düşünürük ki, Ermənistan SSR-in yaradılması da, ermənilərin kütləvi şəkildə oraya gətirilməsi də, Azərbaycan türklərinin Azərbaycana köçürülməsi də əslində iki qardaş xalqın (Türkiyə və Azərbaycan türklərinin) əlaqələrini zəiflətmək məqsədi güdmüş, Sovet İttifaqının təhlükə¬sizliyi naminə edilmişdir. Ermənilər, hər ehtimala qarşı, qurbanlıq toğlu kimi Türkiyənin sərhədlərinə yerləşdirilmişlər. Əlbəttə, burada diasporlar faktoru da böyük rol oynamışdır. O zaman Fransada, ABŞ-da və Yaxın Şərq ölkələrində kifayət qədər güclü erməni diasporları fəaliyyət göstərirdi və xarici ölkələrdə pozitiv imicini qaldırmaq üçün SSRİ-nin onların təbliğatına ehtiyacı vardı. Bundan əlavə, Türkiyə SSRİ-yə ən yaxın coğrafi məkanda yerləşən NATO ölkəsi idi və erməni məmbəyinə görə, Karib böhranına qədər Türkiyədən SSRİ-yə nüvə başlıqlı raketkər tuşlanmışdı.

Babək XALİSTÜRK
Dosent, “Qızıl qələm” mükafatı laureatı
Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed