Şrift:
Azərbaycanın BAEA-ya hesabat təqdim etməsinin vaxtı dəyişdi
17.01.2017 [10:29] - İqtisadiyyat
“Nüvə Araşdırmaları Mərkəzi” QSC sterilizə qurğusunun buraxılışı üçün zəruri olan izotoplarla bağlı lisenziyanın alınması barədə yekun hesabatı Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) yanvarın sonunadək təqdim edəcək.

Bu barədə QSC-dən məlumat verilib.

Bundan əvvəl həmin hesabatın dekabrın sonunadək təqdim olunacağı bildirilirdi.

İzotopların istifadəsi üçün üç lisenziya tələb olunur. Onların alınması və saxlanması üçün tələb olunan lisenziya artıq əldə olunub, idxal və daşınma üçün tələb olunan digər iki lisenziyanın isə ayın sonunadək alınması planlaşdırılır.

Sterilizə qurğusu Bakıdan 20 kilometr aralıda, Qobu qəsəbəsində yerləşəcək.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed