Şrift:
“İçərişəhərdə incəsənətlə istirahət günləri” maraqla qarşılanıb
17.01.2017 [10:43] - Mədəniyyət
Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılıb.

İçərişəhrdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşən sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə baş tutub.

Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunub, balacalara heykəltəraşlıq, keramika və rəssamlıq sənətinin özəllikləri ilə bağlı məlumatlar verilib. Həmçinin, xalq sənətini təbliğ edən qalereyada yerlı rəssamlarla yanaşı, Moldova, Litva və Ukrayna sənətkarlarının sənət əsərləri də nümayış olunub. Ekspozisiya xarici ziyarətçilərinə ölkəmizin qədim tarixi ilə tanış olmaq imkanı da yaradıb. Ölkəmizin mədəniyyəti və incəsənətinin təbliğinə yönələn sərgi iki gün ərzində maraqlı anlarla yadda qalıb.
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed