04.04.2012 [19:20] - Güney Azərbaycan xəbərləri
Hillari Klinton: Ümid edirəm ki, İran nüvə proqramının hərbi məqsəd daşımadığını isbat edəcək
“ İranın da nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etməyə haqqı var. Lakin öncə beynəlxalq aləm Tehranın nüvə proqramının hərbi məqsəd daşımadığına əmin olmalıdır”. Məlumat görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton jurnalistlərin suallarını cavablandırarkən deyib. İranla “altılıq” ölkələri arasında müzakirələrin keçirilməsini dəyərləndirən H.Klinton bildirib ki, bu nəticənin əldə edilməsində Rusiyanın və Çinin əməyi var: “Bu fəaliyyətdə xüsusi ilə Rusiyanın və Çinin faydalı rolu olub. Onları da İranın nüvə proqramı ciddi narahat edir. Mən diplomatam. Mənim işim çətin problemlərin sülh yolu ilə həllinə nail olmaqdır. Bura İranın nüvə proqramı da daxildir. Ümid edirəm ki, İran nüvə proqramının hərbi məqsəd daşımadığını isbat edəcək”.
Daşnakların İran təmsilçisi: “İran Qarabağ məsələsində Ermənistanın tərəfindədir»
Çeşidli ölkələrin mütəxəssisləri uzun illər ərzində İslam Respublikasının işğalçı Ermənistanı müdafiə etdiyi haqda fikrilər söyləyir. Tehran hakimiyyəti isə bunun əksini deməklə, tərəfsiz mövqe tutduğunu sübut etməyə səy göstərir. “Erkir” qəzetinə istinadən yayılan məlumata görə, daşnakların Tehrandakı “Ay data” ofisinin başçısı Surik Abnusyan Türkiyənin xarici siyasətlə bağlı apardığı təbliğatı dəyərləndirərkən bu məsələdən də danışıb. “Ermənilərin İrandakı icmasının əsas fəaliyyəti xariclə və İslam Respublikasının ziyalıları arasında müsbət münasibət qurmağa yönəlib. Daxili sahədə isə biz yeni erməni nəslini erməni soyqırımı haqda məlumatlandırırıq” - deyə, daşnakçıların Tehrandakı təmsilçisi söyləyib.Onun sözlərinə görə, ermənilərin İrandakı icmasını uzun tarixi var: “Biz burada hər kəslə fərdi şəkildə işləyib, erməni tarixi haqda məlumat veririk”. Daşnak təmsilçisi hesab edir ki, siyasi sahədə hələ çoxlu iş görülməlidir, amma iranlılar bu ölkədə yaşayan ermənilərlə xoş davranır. O, Qarabağ məsələsində İranla bir olduqlarını bəyan edib: “Əlbəttə, onların belə bəyanat verməsi heç arzu da olunmur. Hətta onlar bunu bildirməsələr də, İran Qarabağ məsələsində Ermənistanın tərəfindəndir. Təəssüflər olsun ki, soyqırım məsələsində hələ də bilgisizlik mövcuddur”.
İranda uşaq bağçalarında rəqs və mahnı öyrədilməsinə qadağa qoyublar
İranın Tehran əyalətinin Sağlam Həyat Təşkilatının rəhbəri Vəliyulla Nəsr aprelin 4-də jurnalistlərə açıqlamasında deyib ki, uşaq bağçalarında rəqs və mahnı öyrədilməsinə qadağa qoyublar.Məlumata görə, Vəliyulla Nəsr bildirib ki, uşaq bağçalarında uşaqlara rəqs və mahnı oxumağı öyrətmək islam əxlaqına ziddir: “Təəssüflər olsun ki, bəzi uşaq bağçaları son illərdə öz təlim proqramlarına bir sıra əxlaqa zidd təlimlər, o sıradan rəqs və mahnı oxumağı daxil ediblər. Biz bu ildən həmin uşaq bağçalarına qarşı ciddi tədbirlər görməyə başlamışıq.Uşaq bağçalarının uşaqlara əxlaqdan kənar təlimlər keçməyə ixtiyarı yoxdur. Çünki təlim proqramları yalnız islam qayda-qanunlara uyğun olmalıdır”.
İranın bombalanması 2013-cü ilə qalıb
İranın bombalanması ilə bağlı ehtimallar, fikrilər, mülahizələr ara vermir. «MIGnews»-a istinadən yayılan məlumatda bildirilib ki, bu ölkənin vurulması 2013-cü ilədək təxirə salınıb. Mənbə bunu Qərbdən olan yüksək vəzifəli bir şəxsin söylədiyini yazıb.Məlumata əsasən, Qərb ölkələrinin müdafiə nazirlikləri İslam Respublikası ilə «altılıq»ın aprelin ortalarında keçiriləcək danışıqların nəticələrini dəyərləndirdikdən sonra məsələyə dair qərar qəbul edəcəklər.«Biz sanksiyaların və diplomatiyanın İrana təsirinin səmərəliliyini gözləməliyik. Bundan sonra Tehran rejiminə qarşı atacağımız addımla bağlı qərar qəbul edəcəyik» - deyə, mənbə söyləyib.Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu sanksiyaların İrana «öldürücü zərbə» endirdiyini deyib. Bununla belə yasaqlarla Tehran hakimiyyətini atom-nüvə proqramını dayandırmağa məcbur qalacağı hələ də aydınlaşmayıb.
“İsrailin İrana təkbaşına hərbi müdaxiləsi heç kimə fayda verməyəcək”
“Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton ABC telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ və İsrail bütün sahələrdə yaxından əməkdaşlıq edir: “ABŞ prezidenti Barak Obamanın da İsrail rəhbərliyinin diqqətinə çatdırdığı kimi, biz qətiyyətlə belə bir halın heç kimin xeyrinə olmayacağına inanırıq”.
H. Klinton deyib ki, İran məsələsinin həlli üçün diplomatik yoldan istifadə etmək daha faydalıdır: “Biz İranın mübahisəli nüvə proqramı ilə bağlı yaranmış problemi aradan qaldırmaq istiqamətində son nəticə əldə etmək və beynəlxalq ictimaiyyətin narahatlığına son qoymaq əzmindəyik. ABŞ bu məsələdə əlindən gələn səyləri əsirgəməyəcək”.

Bu xəbər oxucular tərəfindən 1972 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |