Şrift:
“Qəbələ” klubu Albaniyanın “Partizani” komandası ilə yoxlama oyununda gücünü sınayıb
17.01.2017 [14:05] - İdman
2016-2017-ci il mövsümünün hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubunun əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib.

Baş məşqçi Hüseynqulu Quliyevin yetirmələri Albaniyanın “Partizani” klubunun əsas komandası ilə qarşılaşıblar.

Albaniyanın 15 qat çempionu və ötən mövsümün vitse-çempionu ilə görüşün ilk yarısı məhsuldar alınıb. Komandalar fasiləyədək qapılara 7 qol vurublar. Daha təcrübəli olan Tirana klubunun futbolçuları ilk 5 dəqiqədə iki dəfə fərqlənməyi bacarıblar. “Qəbələ” hissənin ortalarında buraxılan 3-cü qoldan sonra rəqib qapısına yol tapıb. Rövlan Muradov fərqi azaldıb – 1:3. Bundan 3 dəqiqə sonra “Partizani” fərqi yenidən artırmağı bacarıb. “Qırmızı-qaralar” Nurlan Quliyevin 39-cu dəqiqədəki qolu ilə yenidən fərqi iki topa endirsə də, albaniyalılar fasiləyədək növbəti dəfə qol sevinci yaşayıblar – 5:2. Oyunun gedişində komandamızda bir sıra futbolçu dəyişiklikləri gerçəkləşib.

Fasilədən sonra matçdakı məhsuldarlıq da aşağı düşüb. İkinci 45 dəqiqədə yalnız bir qol vurulub. Final fitinə 2 dəqiqə qalmış tiranalılar fərqləniblər – 6:2.

Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvələrini sınayacaqlar.
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed