17.01.2017 [14:06] - İqtisadiyyat
Çexiya şirkətləri Azərbaycanın əsas kapitalına 1,3 milyard dollar məbləğində investisiya yatırıb.
Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 17-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda deyib.
O bildirib ki, hazırda Azərbaycanda 19 Çexiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Çexiya bankları Azərbaycanda həyata keçirilən layihələrə 1,8 milyard avro məbləğində vəsait ayırıblar.
Nazir qeyd edib ki, bugünkü biznes-forumda Çexiya tərəfindən 17 şirkət, 27 sahibkar, Azərbaycan tərəfindən isə 137 sahibkar iştirak edir.
“Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir, ölkələrimiz strateji tərəfdaşdırlar. Biz Çexiya ilə ticarət dövriyyəsinin şaxələndirilməsində, Çexiya sahibkarları isə Azərbaycana investisiya qoymaqda maraqlıdır”, - deyə Ş.Mustafayev vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |